Telefonu yastığa yaxın qoymaq görün hansı nəticələrə gətirib çıxarır
Texnika elmləri doktoru Aleksandr Titomir “Zvezda” telekanalına bildirib ki, əgər səhhətinizdə problem yaşamaq istəmirsinizsə, gecə saatlarında telefonu yastığının altına qoymamalısınız.
Tacxeber.com xəbər verir ki, mütəxəssisin sözlərinə görə, cihaz radiasiya yaydığı üçün onu mümkün qədər kənarda saxlamaq məqsədəuyğun olacaq.
“Şarj zamanı telefondan çoxlu radiasiya yayılır, yastıq və yorğan isə sizi bütün bu elektromaqnit dalğalarından qorumur. Belə radiasiya insanın bioenerji sahəsinə təsir edir, ondan tam qorunmaq mümkün deyil. Orqanizm Yerin təbii maqnit sahələrinə alışır, cihazların yanında geopatogen zonalar, texniki zonalar yaradılır. İnsanlar şüalanmanın davam etdiyini, heç kimin ondan qoruna bilmədiyini nəzərə almır”, – ekspert vurğulayıb.