Çiyələk yumağın düzgün qaydası – Bunu etməsəniz…
Çiyələk yaz aylarının ən sevilən meyvələrindən biridir. Hər meyvə kimi çiyələyi də yeməzdən öncə təmiz yumaq böyük həmiyyət kəsb edir.
Medicina.az xəbər verir ki, müətəxəssislər çiyələyi digər meyvələr kimi suyun altında bir neçə saniyə yumağın kifayət etmədiyini bildirirlər.
Çiyələk fərqli qaydada təmizlənməlidir. Çünki çiyələkdə meyvə milçəklərinin sürfələri gizlənə bilir. Həmçinin bəzi hörümçək növləri də çiyələyə yapışır və adi qaydada yuduqda getmir. Çiyələkdə pestisid qalıqları da digər meyvələrdən çox olur. Qabığı olmadığı üçün çiyələk bu cür maddələri daha çox ehtiva edir.