• 22 Noyabr 2024 13:07

Sərxoş halda saxlanılan şəxsin içki içmədiyi ortaya çıxdı

Belçikada spirtli içki qəbul etdiyi halda nəqliyyat vasitəsindən istifadə etdiyi üçün saxlanılan şəxslə bağlı maraqlı nüans ortaya çıxıb.

 

Tacxeber.com xəbər verir ki, alkoqol testi zamanı yüksək bədənində dozada spirt aşkarlanan 40 yaşlı sürücünün əslində xəstəlikdən əziyyət çəkdiyi məlum olub.

 

Sözügedən şəxsin “Sərxoş xəstə” sindromundan əziyyət çəkdiyi üzə çıxıb. Belə olduqda sürücü sərbəst buraxılıb.

 

Nadir hallarda rast gəlinən “Sərxoş xəstə” sindromu bədəndəki şəkər miqdarının alkaqola çevrilməsi nəticəsində ortaya çıxır.

Tacxeber.com

Oxşar xəbərlər