• 22 Noyabr 2024 13:05

Kiyev Bakıya baxmalı və başına döyməlidir – Arestoviç

Azərbaycan rəhbərliyi qüsursuz oyun oynayır.

 

Tacxeber.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofisi rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviç Prezident İlham Əliyevin Moskvaya səfərini şərh edərkən deyib.

 

“2020-ci ilin müharibəsini şərh edəndə çoxunuz məni dinləyirdiniz. Sonra Rusiya sülhməramlılarını gətirdi, hamıya elə gəlirdi ki, onlar getməyəcək, amma o zaman da demişdim ki, heç beş il belə keçməyəcək sülhməramlılar oradan çıxıb gedəcəklər. Nə qədər vaxt keçdi? Dörd il. Çünki mən Azərbaycan rəhbərliyinin nə etdiyini çox gözəl başa düşürdüm. Azərbaycanın daxilində necə göründüyünü bilmirəm, amma kənardan necə göründüyünü deyə bilərəm – qüsursuz”.

 

Onun sözlərinə görə, Azərbaycanın məqsədinə çatacağı ona tamamilə aydın idi:

 

“Azərbaycan daha ağıllıdır, ona görə də Rusiya Prezidenti Putini üstələyib və hər şeyə nail oldu. Azərbaycanlıların oyun səviyyələrinə heyran olmaq lazımdır”.

 

Arestoviç Ukraynanı rus dilini və mədəniyyətini sıxışdırdığına görə qınayıb və buna misal olaraq Azərbaycanda çoxlu rus məktəblərinin olduğunu misal göstərib:

 

“Heç bir rus, ukraynalı və ya başqa millətin nümayəndəsi özünü ikinci dərəcəli hiss etmir. Onlar buna səbəb yaratmadı, türk olsalar da, ruscaya qadağa qoymayıb öz mədəniyyətlərini inkişaf etdirdilər”.

 

Keçmiş müşavir bildirib ki, Ukrayna Azərbaycana güzgü kimi baxmalı və öz başına tava ilə vurmalıdır.

Tacxeber.com

Oxşar xəbərlər