Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub – Tədqiqat
Zərərli qidaların nə üçün xərçəngə səbəb olduğu məlum olub.
Tacxeber.com xarici mediaya istinadla xəbər verir ki, Sinqapur Universitetinin tədqiqatçıları bununla bağlı araşdırma aparıblar.
Təxminən 3 milyon britaniyalı hazırda xərçənglə mübarizə aparır və bu rəqəmin 2040-cı ilə qədər 5,3 milyonu keçəcəyi gözlənilir. Hər il təxminən 55 000 qadına və 400 kişiyə döş xərçəngi diaqnozu qoyulur. Mütəxəssislər dünyada yeni yoluxma hallarının 2020-ci ildəki 2,3 milyondan 2040-cı ilə qədər 3 milyona yüksələcəyini proqnozlaşdırırlar. Ekspertlər bildirir ki, sosislər, hazır yeməklər kimi qidalarda duz, yağ, şəkər və süni əlavələr çox olur və bunların hamısı xərçəng yaradır.