• 22 Noyabr 2024 13:24

Qəribəlikləri ilə zəngin Norveç

Azərbaycandan 5  dəfə böyük olan, Skandinaviya yarımadasında yerləşən Norveç Krallığının əhalisinin ümumi sayı 5 milyon 500 mindir. Ərazisi  385 207 kv/m  olan Norveç sanballı hökumət siyasəti nəticəsində möcüzələr yaradır. Bunun sayəsində Norveç dünyanın ən çiçəklənən ölkələrindən biridir.

 

Ancaq əmin olun ki, bir çox dünya ölkələrini heyran edən bu ölkənin qəribəlikləri də saysızdır. Bizim insan üçün qeyri-adi hesab edilə bilinicək bir neçə qəribəlikləri Tacxeber.com olaraq sizə təqdim edirik:

 

Bu ölkədə balina ovu adi haldır

Digər dünya ölkələrində balina ovu qadağan edilsə də Norveçdə balina ovlamaq qanunla yasaq deyil. Bu səbəbdən marketlərdə balina əti digər heyvan ətləri kimi satılır.

 

Norveç kişiləri analar kimi atalıq məzuniyyətinə çıxırlar

Norveçli ataların 90%-i yeni doğulmuş uşaqlarına baxmaq məqsədi ilə 12 həftəlik məzuniyyət alırlar. Analar da analıq məzuniyyətinə çıxa bilərlər. Lakin onlara bu məzuniyyət kişilərdən fərqli olaraq 11 həftəlik icazə verilir.

 

Burada qatı cinayətkarlar da lüks şəraitli həbsxanalarda cəza çəkirlər

Dövlət qanunu pozan vətəndaşlarının da ciddi qayğısına qalır. Norveçdə həbsxanalar bizim təsəvvür etdiyimiz adi həbsxanalar deyil deyil. Bu həbsxanalar hər cür şəraiti olan rahat mənzillərə bənzəyir. Xüsusilə təhlükəli cinayətkarlar Bastoy adasındakı həbsxanada yaşayırlar: yəni rahat taxta evlər, dağların və mənzərəli körfəzlərin fonunda gəzintilər, təmiz havada iş seçımi. Bu həbsxanada nəzarətçilər silahsız gəzirlər, bu azmış kimi nəzarətçilər və dustaqlar arasında dost münasibət yaradılır, birgə idman oyunları oynamaq, mətbəxdə yemək hazırlamaq adi haldır.  Hakimiyyət bir neçə belə həbsxana tikməyi və orada “azad yaşayış” təmin etməyi planlaşdırır.

 

Bu ölkədə qəza səbəbindən işıqsız qalan sakinlərə kompensasiya ödənilir

Əgər bir norveçli könüllü olaraq ictimai xidmətlərə kömək edirsə, (məsələn: yanğınsöndürmə zamanı və ya hər hansı qəza zamanı insanlara yardım edirsə) hakimiyyət onu bir neçə min kron məbləğində mükafatlandırır. Əgər insanlar elekrtik xətlərində baş verən qaza səbəbindən işıqsız qalıbsa, müvafiq orqanlar hər evə kompensasiya ödəyir.

 

Qış aylarında güzgü vasitəsi ilə gün şüaları paylanılır

Norveçin bəzi şimal komunalarında qış aylarında günəş demək olar ki, saçmır. Bu səbəbdən  Rjukan komunasında 2013-cü ildə 450 m hündürlükdə üç nəhəng güzgü quraşdıraraq problemi aradan qaldırıblar. Belə ki, qış aylarında şəhər mərkəzinə bu quraşdırılan güzgülər vasitəsi ilə günəş şüları şaçır.

 

Qarət hallarına rast gəlinmir

Bu ölkədə, xüsusən də Oslodan kənarda faktiki olaraq oğurluq yoxdur. Yayda burada magistral yol kənarlarında tez-tez təzə növbənöv giləmeyvə, meyvə satışına rast gələ bilərsiniz – üzərində mallar olan bir masa, tərəzi və satıcısız pul qutusu. Müştərilər lazımi bazarlıqlarını edir, ödənişlərini qutuya qoyub sonra yola davam edirlər.

 

Burada qadınlar da hərbi xidmətdə ola bilərlər

Bu ölkədə orduda hərbiçilər müqavilə əsasında, ödənişli xidmət edirlər və kişilərlə yanaşı, həm də qadınlar xidmət edə bilərlər. Qadınlar və kişilər hətta eyni otaqlarda qalırlar. Norveçdə hərbi kadr çatışmazlığı səbəbindən qadınların hərbidə xidmət etmələri  hökumət üçün sərfəlidir.

 

Bu zəngin ölkədə AES yoxdur

Dünya ölkələri arasında Norveç su elektrik stansiyalarından istifadə etməklə əldə edilən elektrik enerjisinin miqdarına görə birinci yerdədir. Bu səbəbdən ölkə digər Avropa ölkələrinə elektrik enerjisi satır. Ekoloji cəhətdən təmiz olan SES-lərin çox olması sabəbindən atom elektrik stansiyasına ehtiyyac  duyulmur.

 

Norveçlilər dəbdəbəyə laqeyd yanaşırlar

Bu ölkədə dəbdəbəli villalara və ya bahalı avtomobillərə az rast gəlinmir. Burada əmək haqqının digər Avropa ölkələrindən nəzərəçarpacaq dərəcədə yüksək olmasına baxmayaraq insanlar adi, sadə üslubda geyinirlər.  Norveçdə əhalinin yarısından çoxunun ən azı  bir qayığı var. Burada hər kəs bu və ya digər dərəcədə dənizlə maraqlanır – görünür  onların Vikinq əcdadlarının mədəni irsinin təsiridir.

 

Tacxeber.com

Oxşar xəbərlər