Bu ölkədə ev almaq istəyənlərə 55 min ödəniləcək.
Almaniyada Hessen əyaləti gənc cütlükləri ev sahibi olmağa təşviq etmək üçün “ilk ev alanlara” mənzil müavinəti verəcək. İki uşağı olan evli cütlük, evin ortaq sahibi olduqları təqdirdə 20 min avro, 18 yaşından kiçik hər uşaq üçün isə 5 min avro olmaqla, ümumilikdə 30 min avro (təxminən 55 min manat) alacaq.
Tacxeber.com publika.az-a istinadən xəbər verir ki, Almaniyada təxminən 350 min türkün yaşadığı Hessen əyaləti, aztəminatlı ailələrə dəstək olmaq və mənzil böhranında yaranan sıxlığı aradan qaldırmaq üçün belə bir addım atıb. Qərar 2024-cü il martın 1-dən qüvvəyə minib. Yəni martın 1-də ev alanlar da bu hüquqdan yararlanacaqlar.