• 20 Sentyabr 2024 02:29

İsrail ordusundan ŞOK ƏMƏLİYYAT – 20 km uzunluğunda tunellər MƏHV EDİLDİ

İsrail hərbçiləri Qəzza zolağında keçirdiyi əməliyyatlar zamanı daha bir neçə yeraltı tunel aşkar edərək məhv ediblər. Onların fikrincə, bu tunellərdən fələstinli radikallar istifadə ediblər.

 

Tacxeber.com TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

 

Qeyd olunub ki, ümumilikdə, ordu bu dəfə anklavın mərkəzi hissəsində 20 km-dən çox tuneli dağıdıb.

 

Mətbuat xidmətindən bildirilib ki, bu yeraltı kommunikasiyalar anklavın şimal və cənub hissələrini birləşdirib.

Tacxeber.com

Oxşar xəbərlər