Hansı ölkə uşaq böyütmək üçün daha əlverişlidir? – Azərbaycan son onluqdadır
ABŞ mərkəzli media şirkəti “U.S. News” ölkələrdəki mövcud şəraiti əsas götürərək uşaq böyütmək üçün hansının daha əlverişli olduğunu göstərən reytinq cədvəli hazırlayıb.
Tacxeber.com xəbər verir ki, şirkətin rəsmi saytında dərc olunan məlumata əsasən, reytinq 17 mindən çox insan arasında aparılan sorğu əsasında hazırlanıb və aşağıdakı meyarlar əsas götürülüb:
– insan haqlarının vəziyyəti;
– ailə mühiti;
– gender bərabərliyi;
– xoşbəxtlik indeksi;
– gəlir nisbəti;
– təhlükəsizlik;
– təhsil imkanları;
– səhiyyənin vəziyyəti.
Qeyd olunub ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatına görə, reytinqə başçılıq edən İsveç və Norveç uşaq böyütmək üçün əla ölkələr hesab olunurlar. Belə ki, bu ölkələrin hər biri öz ümumi daxili məhsulunun 1%-dən çoxunu erkən uşaqlıq təhsili və qayğısına xərcləyir.
Reytinqə əsasən, uşaq böyütmək üçün ən yaxşı 5 ölkə bunlardır:
1. İsveç
2. Norveç
3. Finlandiya
4. Danimarka
5. Niderland
87 ölkənin yer aldığı siyahıda Azərbaycan 78-ci yerdə qərarlaşıb.