• 23 Noyabr 2024 05:57

Ukraynada ciddi işlər görən general niyə həbs edildi?

Rusiya ordusunun yüksək rütbəli generalı, Rusiya müdafiə nazirinin müavini Timur İvanovun həbsi Prezident Putinin çoxdankı silahdaşı nazir Sergey Şoyqunun aparat təsirinin azaldığını və xüsusi xidmət orqanlarının təsirinin gücləndiyini göstərir.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “Moskva Tayms” Rusiya hökumətindəki iki mənbəyə və Kremlə yaxın gizli mənbəyə istinadən məlumat yayıb.

 

“İlk növbədə, İvanovun həbsi bazarın yenidən bölüşdürülməsidir. O, təkcə tikintiyə deyil, hərbi müqavilələrə də nəzarət edirdi, bu, ən dadlı və ən böyük məqamdır. Amma təbii ki, bu, Şoyqu qrupuna çox ciddi siyasi və texniki zərbədir”, – mənbə bildirib.

 

Qeyd olunur ki, Moskva məhkəməsi tərəfindən həbs edilən İvanov Şoyquya yaxın olub:

 

“Ukrayna müharibəsi başlandıqdan sonra o, tez-tez Rusiyanın işğal etdiyi ərazilərə səfər edib. Məsələn, İvanov Rusiya Prezidenti Putinin 2023-cü ildə işğal olunmuş şəhərə təhlükəsizlik məqsədilə gecə vaxtı təşkil etdiyi piar səfəri zamanı dağıdılmış Mariupolda yaşayış kompleksinə baxış keçirib. Moskvanın qərarı ilə Ukraynanın Donetsk vilayətinin işğal olunmuş hissəsi olan “dxr”in idarəçisi təyin edilən Denis Puşilinlə birlikdə İvanov bir neçə ay əvvəl tikinti sahəsinə baş çəkib. Bundan əlavə, İvanov Don çayından Severski Donets kanalına su kəmərinin tikintisinə nəzarət edib və bu kəmər vasitəsilə Rusiya işğal olunmuş Donetsk və Luqanskı su ilə təmin etməyə başlayıb. O, həmçinin Ukrayna və Rusiya hərbçilərinin təmas xəttində müdafiə strukturlarının 90%-nin tikintisinə nəzarət edib. Bir milyon rubl rüşvət almaqda ittiham olunan İvanovlar ailəsinin var-dövləti və dəbdəbəli həyatı nə kəşfiyyat orqanlarına, nə də Rusiya siyasi elitasına sirr deyil. Ordu əmlakının sərəncamında çoxlu real sui-istifadələr olub. Amma o, illər əvvəl buna görə həbs edilməli idi”.

 

Mənbə əlavə edib ki, Putinin beşinci müddətə andiçməsinə və yeni hökumətin qurulmasının başlamasına cəmi bir neçə həftə qalmış baş verən həbs anının seçimi daha ​​çox siyasi səbəblərdən və Şoyqunun mövqelərinin o qədər də güclü olmadığından qaynaqlanır:

 

“İvanovun həbsi Rusiya ordusunun Ukraynaya hərbi müdaxiləsinə təsir etməyəcək, çünki onun döyüşlərə heç bir qatqısı yoxdur. Böyük ehtimalla bu, Şoyquya yeni hökumətdə öz mövqeyini qoruyub saxlamağa belə mane olmayacaq. Lakin onun mövqeyi nəzərəçarpacaq dərəcədə zəifləyəcək. Ümumiyyətlə, baş verənlər Putinin maraqlarına uyğundur. O, heç vaxt hər hər hansı bir qrupun çox da güclü olmasına imkan vermir. Bu isə cəmiyyətə korrupsiyaya qarşı mübarizə kimi təqdim olunacaq”.

Tacxeber.com

Oxşar xəbərlər