• 24 Noyabr 2024 22:01

ABŞ yeni “qiyamət təyyarəsi” hazırlatdırır – 13 milyard ayrıldı

Birləşmiş Ştatlar Amerika liderlərinə yeni “qiyamət təyyarəsi” hazırlamaq üçün təyyarə istehsalçısı “Sierra Nevada Corporation” ilə müqavilə bağlayıb. 

 

Tacxeber.com Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə “Reuters” yazıb.

Hərbi Hava Qüvvələri cümə günü “Sierra Nevada Corporation”la “qiyamət təyyarəsi” kimi tanınan E-4B-nin varisini hazırlamaq üçün 13 milyard dollarlıq müqavilə imzaladığını açıqlayıb.

 

Qeyd olunur ki, ABŞ Hava Desantları Əməliyyat Mərkəzinin (SAOC) yeni təyyarəsinin layihəsi 1970-ci illərdən köhnəlmiş və istismar müddətini başa vurmaq üzrə olan təyyarələri əvəz etmək üçün nəzərdə tutulub. Təyyarənin modifikasiyası üzərində işlər Kolorado, Nevada və Ohayo ştatlarında aparılacaq və 2036-cı ildə başa çatdırılması gözlənilir.

Agentlik bildirir ki, adətən ABŞ müdafiə nazirini daşımaq üçün istifadə edilən E-4B, nüvə partlayışlarına və elektromaqnit təsirlərinə tab gətirə bilən mobil komanda məntəqəsi kimi hazırlanıb və ABŞ liderlərinə milli fövqəladə vəziyyət zamanı orduya əmr çatdırmağa imkan verir.

 

E-4B həmçinin havada yanacaq doldurmaq qabiliyyətinə malikdir, konfrans və brifinq otaqlarına və qabaqcıl rabitə avadanlıqlarına malikdir.

USAF hazırda dörd E-4B təyyarəsini idarə edir, onlardan ən azı biri hər zaman işlək vəziyyətdə qalır.

Tacxeber.com

Oxşar xəbərlər