Dırnaq boyası çəkəndən 10 saat sonra bədəndə nə baş verir?
Bütün qadınlar cəlbedici olmaq istəyir və bunun üçün əllərinə çox vaxt sərf edirlər. Çünki əllər hər zaman göz önündədir. Lakin qadınların çoxu orqanizmə mənfi təsirlərinin olduğunu düşünmədən dırnaqlarını müxtəlif rəngli “lak”larla boyayırlar.
Tacxeber.com “syl.ru” saytına istinadən xəbər verir ki, müxtəlif markaların dırnaq boyalarından çox istifadə edən 24 qadın arasında araşdırma aparılıb. Nəticələr heç də ürəkaçan olmayıb. Araşdırmada iştirak edən bütün qadınlarda toksinlər aşkar edilib. Məsələ trifenilfosfat maddəsindən gedir. Boyanın dırnaqlara sürtülməsindən 10 saat sonra bədəndə izləri görünməyə başlayıb. Məlum olub ki, heç bir istehsalçı şirkət məhsulun üzərində bu kimyəvi maddənin olduğunu yazmır.
TRİFENİLFOSFATIN ORQANİZMƏ TƏSİRİ
Digər toksinlər kimi trifenilfosfat dərini qıcıqlandıra, hətta allergiyaya səbəb ola bilər. Ancaq proses bununla bitmir. Onun orqanizmdəki varlığı hormonal inkişafa ciddi təsir edir. Bu, xüsusilə yeniyetmə qızlarda daha aydın görünür. Sözügedən toksin endokrin sistemə və maddələr mübadiləsinə də mənfi təsir edir. Bu o deməkdir ki, davamlı bədənə düşərsə, ciddi xəstəliklərə yol aça bilər.
DIRNAQ BOYASINDA OLAN DİGƏR TOKSİNLƏRİN TƏSİRİ
Dırnaq boyasında olan digər kanserogen maddə formaldehiddir. İnsanda nəfəs darlığına, bəzi hallarda hətta astmaya səbəb olur. Xroniki xəstəliklərdən əziyyət çəkən insanlar bu preparatın təsirinə həssasdırlar.