Rusiya Prezidenti Vladimir Putinin yaxın vaxtlarda Türkiyəyə səfəri planlaşdırılsa da, tərəflər hələ də səfərin tarixi ilə bağlı razılığa gələ bilməyiblər.
B barədə “RİA Novosti” Agentliyi Ankaradakı diplomatik mənbəyə istinadən məlumat yayıb.
Agentliyə açıqlama verən mənbə deyib ki, hələlik səfərin vaxtı ilə bağlı konkret heç nə yoxdur:
“Ümid edirik ki, bu, yaxın gələcəkdə dəqiqləşəcək. Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Putinin səfəri ilə bağlı razılığı təsdiqləyib”.