Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı – Görün nələr deyildi…
“İctimai TV”də yayımlanan “Alatava” serialı müzakirələrə səbəb oldu. Bir sıra narazılıqlardan sonra serialın ssenari müəlliflərindən olan aktyor Taleh Yüzbəyov tənqidlərə cavab verdi. O, “Alatava” serialını tənqid edən Xalq artistlərini tərbiyəsiz adlandırdı.
Gənc aktyorun Xalq artistinə bu cür cavabı isə birmənalı qarşılanmadı. Bəziləri yaşlı sənətkara münasibətdə bu cür davranışın qəbuledilməz olduğunu bildirdi.
Məsələ ilə bağlı Yenisabah.az-a mərhum Xalq artisti Yaşar Nurinin xanımı Rəhimə Nuriyeva danışıb. O, aktyorlar arasında bu cür intriqaların baş verməsinin yolverilməz olduğunu deyib:
“Bu məsələdə hər iki tərəf aqressiv danışıb. Əgər Yaşar Nuri sağ olsaydı, bu məsələ tamamilə başqa cür yoluna qoyulardı. Əminəm ki, o, əvvəlcə sözügedən seriala baxardı, daha sonra gənclərlə bir araya gələrdi, oturub onlarla söhbət edərdi, söhbət əsnasında gördüyü problemləri onlara izah edərdi, deyərdi ki, filan şeyi dəyişdirsəniz, daha yaxşı olar. Bu mövzunu məntiqli əsaslarla yoluna qoyardı və hər şey bu söhbətlə bitə bilərdi.
Amma bu cür aqressiv yanaşma ilə razı deyiləm. Həm sənətkar, həm də gənclər bir-birinə kifayət qədər sərt cavablar veriblər. Mən şəxsən bunu düzgün hesab etmirəm. Hər halda, məsələni başqa cür həll etmək olardı. Onlar bir-birini anlaya bilsəydilər, məsələ bu qədər böyüməzdi”.
R.Nuriyeva qeyd edib ki, aktyorlar arasında davamlı intriqalarla mədəniyyət sahəsi inkişaf edə bilməz: