• 24 Noyabr 2024 21:05

Bakıda bağ evlərinin kirayə qiyməti: 10,15 və 18 min manat

Yay fəsli yaxınlaşdıqca bağ evlərinə tələbat artır. Tələbatın artması isə qiymətlərə də təsir göstərir. Hazırda elan saytlarında günlük qiyməti 200-250 AZN, aylıq qiyməti isə 5, 10, 15 və 18 min manata olan bağ evləri mövcuddur.

 

Bəs görəsən, bu qiymətə olan bağ evlərinə tələbat varmı?

 

Tacxeber.com xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı açıqlamasında bildirib ki, quru sərhədləri bağlı olduğu üçün Bakıətrafı ərazilər və turizm baxımından əlverişli olan regionlara mövsümdə tələb artır.

 

Onun sözlərinə görə, tələb artdıqca bu özünü qiymətlərdə də göstərir:

 

“Tədricən müraciətlərin sayının artması müşahidə olunur. Düşünürəm ki, may ayının ortalarına doğru əhəmiyyətli qiymət dəyişikliyi müşahidə edəcəyik”.

 

Aylıq kirayə qiymətləri yüksək olan bağ evlərinə gəlincə, ekspert bildirib ki, belə evlərə tələbat var:

“Belə bağ evlərində eyni vaxtda bir neçə ailənin istirahət etməsi üçün zəruri imkanlar mövcuddur. Hovuzu, bir neçə cür hamamı, fitnes imkanları və s. var. Bu baxımdan, dəyər ifadəsi böyük olsa da, bu evlərə tələb var. Hətta yay mövsümündə daha bahalı evlərə rast gəlmək mümkündür”.

Tacxeber.com

Oxşar xəbərlər