MOSSAD-ın Tehranda məhv etdiyi SEPAH üzvü…
Almaniyada yəhudilərə və sinaqoqlara qarşı silsilə hücumların təşkilinə başçılıq edən, SEPAH-a bağlı Ramin Yektapərəst Tehranda zərərsizləşdirilib.
Bu barədə “Vaşinqton Post” məlumat yayıb.
Bildirilib ki, Almaniyada axtarışda olan və silsilə cinayətlərdə günahlandırıldığı üçün İrana qaçan Yektapərəst MOSSAD tərəfindən öldürülüb.
İsrail Ramin Yektapərəstin öldürülməsi ilə bağlı rəsmi açıqlama verməyib.
İran mediası isə onun öldürüldüyünü təsdiqləyib, ancaq əməliyyatın MOSSAD tərəfindən həyata keçirildiyi barədə məlumat yazmayıb.