Bakı separatçıları necə ələ keçirib? – Sensasion iddia
Separatçıların liderləri, hərbi cinayətkarlar Bako Saakyan, Arkadi Qukasyan və Araik Arutyunyan ələ keçməzdən əvvəl Rusiya sülhməramlılarının bazasında olublar.
Tacxeber.com Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Ermənistanın “Milli Təhlükəsizlik” Partiyasının sədri Qarnik İsaqulyan deyib.
Onun sözlərinə görə, separatçıların başçılarının hamısı Rusiya bazasında olsalar da, orada ələ keçməyiblər:
“Onları bazada qalmağa, oranı tərk etməməyə inandırmağa çalışdılar. Bir şahid general var, onlara bildirmişdi ki, çıxsanız, qayıtmayacaqsınız. Amma kimsə onları inandırıb və Xankəndiyə gediblər”.
İsaqulyan onları Xocalıdan Xankəndiyə aparan şəxsin adını çəkməyəcəyini bildirib:
“40-45 dəqiqədən sonra “spiker” Davit İşxanyan da onların arxasınca gedib. Rusiya sülhməramlı kontingentinin rəhbərliyi və əməkdaşları Davidə də getməməyi, bazada qalmağı məsləhət görüblər, amma o da gedib. Şam yeməyi yeyib bilyard oynayıblar və getdikləri yerdə tutularaq Bakıya aparılıblar”.