• 24 Noyabr 2024 04:02

Orqanizmi xərçəngdən qoruyan VİTAMİN

D vitamini ilə zəngin qidalar bağırsaqlarda xüsusi bakteriya olan “Bacteroides fragilis”in böyüməsini təşviq edir. Onlar bədənin şiş (xərçəng) hüceyrələrinə qarşı immun reaksiyasını gücləndirə bilər.

 

Londondakı Frensis Krik İnstitutunun və Danimarkanın Olborq Universitetinin alimləri ABŞ-dən olan həmkarları ilə birgə çalışaraq belə qənaətə gəliblər.

 

Tədqiqat laboratoriya siçanları üzərində aparılıb. Gəmiricilər iki qrupa bölünüb. Təcrübənin əsas mərhələsindən əvvəl birinci qrupdan olan heyvanlara D vitamini ilə zəngin qida verilib. İkinci (nəzarət) qrupdan olan siçanların rasionu adi olub. Pəhriz müdaxiləsi müddətinin sonunda şiş böyüməsini stimullaşdırmaq üçün bütün heyvanlara xərçəng hüceyrələri köçürülüb. Həmçinin siçanlara immunoterapiya da edilib.

 

Alimlər müəyyən ediblər ki, əlavə D vitamini verilən siçanlar eksperimental olaraq köçürülmüş xərçəng hüceyrələrinə qarşı daha güclü immun müqavimətə malikdir. Onlar, həmçinin immunoterapiyaya daha yaxşı cavab veriblər. Tədqiqatçılar bu müsbət təsirin onların bağırsaqlarında “Bacteroides fragilis” bakteriyasının populyasiyasının artması ilə əlaqəli olduğunu öyrənə biliblər. Bu tip bakteriyalar siçanların xərçəng hüceyrələrinin yayılmasının qarşısını almaq qabiliyyətini artıraraq immunomodulyator xüsusiyyətlər nümayiş etdirib.

Tacxeber.com

Oxşar xəbərlər