• 25 Noyabr 2024 14:55

Hər gün işlətdiyimiz qablardakı təhlükə: 10 min…

İstifadə etdiyimiz plastik qablardan yeməyimizə təxminən 10 min zərərli kimyəvi maddə sızır.

 

Tacxeber.com “gloob”a istinadla xəbər verir ki, bu Norveç Elm və Texnologiya Universitetinin apardığı araşdırma zamanı üzə çıxıb.

Belə ki, araşdırma zamanı 36 fərqli ölkədən götürülən plastik yemək qabı testdən keçirilib. 36 qabdan 33-nün qan şəkəri və yağ metabolizmasının tənzimlənməsində rol oynayan “pregnan X” reseptorunu aktivləşdirən kimyəvi maddələr aşkarlanıb.  Nəticə isə narahatlıq doğrurur.

 

Çünki demək olar, bütün qablar bədənin hormonlarına və metobolizmasına zərər verəcək maddələri ehtiva edir.

 

Bu qədər kimyəvi maddələrə məruz qalmaq isə şəkərli diabet, piylənmə, doğuşların azalması və bəzi xərçəng növləri də daxil olmaqla çox sayda sağlamlıq problemlərinə səbəb ola bilər.

 

Bundan əlavə, rəngli və yazılı plastik qablar sadə rəngdə olanlarla müqayisədə daha da zərərli hesab olunur.

Kimyəvi maddələrin qablaşdırmadan yağ və turşulu qidalara hopması ehtimalı quru qidalarla müqayisədə daha yüksəkdir.

 

Araşdırmaçılar plastik istehsalının yenidən gündəmə gəlməsi gərəkdiyini düşünür və bunların yerinə şüşə qablardan istifadəni tövsiyə edir.

Tacxeber.com

Oxşar xəbərlər