Otel otağında qadına 6 saat işgəncə verdi – Polis saxladı
47 yaşlı Otteva Elvira sevgilisi Alp Mutlu ilə İstanbulda bir otelə gediblər. Otel otağında zorakılığa məruz qalan qadın sevgilisi bazara gedən kimi oteldən qaçmağı bacarıb.
Hadisənin detallarına nəzər salaq:
Rusiyada yaşayan 47 yaşlı Otteva Elvira bir il əvvəl fotolarını sosial mediada bəyənən 40 yaşlı Alp Mutlu ilə dost olub. Avtomobil sənayesində çalışan Alp Mutlu qadını İstanbula dəvət edib. Rusiya ilə Türkiyə arasında gediş-dönüş bir müddət davam etdirilib. Otteva Elvira 13 martda sevgilisini görmək üçün bir daha İstanbula gəlib. Cütlük Ataşehirdeki bir otelə yollanıb.
Otteva Elviranın iddiasına görə, görüşdükləri ilk günün sonunda Alp Mutlu qadının keçmiş ərini və 25 yaşlı oğlunu qısqanaraq iki gün ərzində ona saatlarla işgəncə verib. Tanınmaz hala gələn qadın, Alp Mutlu bazara getmək üçün otaqdan çıxanda otelin mühafizə xidmətinin yanına qaçıb. Polis tərəfindən nəzarətə alınan Alp Mutlu məhkəmə zalında “işgəncə” maddəsi ilə həbs olunub.
Xəstəxanaya müalicə üçün aparılmış Otteva Elvira polisə oteldəki iki günlük dəhşəti haqqında bunları deyib: “Oteldəki ilk günümüz çox gözəl keçdi. Mənə,-“Niyə uşaq sahibi olmuruq?” “Keçmiş ərin niyə səndən böyükdür?”,- kimi suallar verirdi. Mən də qısqandığını düşünürdüm. 14 martda çox içdi və məni döyməyə başladı. Məni döyərkən də, “niyə o uşağı dünyaya gətirmisən”, “sənin üzünü kəsəcəm, öldürəcəm”,-deyə qışqırırdı.