Rusiyanın dondurulmuş pulları Ukraynaya “axacaq”
Rusiyanın dondurulmuş aktivlərindən gələn gəlirin Ukraynanın bərpası üçün istifadə olunması barədə ilkin razılıq əldə olunub.
Tacxeber.com xəbər verir ki, bu barədə Aİ Şurasına sədrlik edən Belçika hökuməti məlumat yayıb.
Bildirilib ki, Aİ səfirləri Rusiyanın immobilizasiya edilmiş aktivlərindən qaynaqlanan gəlirlərlə bağlı tədbirlər haqqında prinsipial razılığa gəliblər.
“Pul Rusiya təcavüzü kontekstində Ukraynanın bərpası və hərbi müdafiəsini dəstəkləməyə xidmət edəcək”, – məlumatda qeyd olunub.