“Sifətinə tüpürmək lazımdır, ən əxlaqsız, mənəviyyatsız adamdır” – Qalmaqal böyüyür
Tiktoker Ləmanın mərhum Əməkdar artist Aygün Bəylər haqqında xoşagəlməz söz işlətməsi cəmiyyətdə birmənalı qarşılanmayıb.
Sosial şəbəkə istifadəçilərinin böyük bir qismi dəyərlərimizi təhqid edən bu cür şəxslərin cəzalandırılmasını tələb ediblər.
Sonradan tiktoker üzr istəsə də, çoxları bunu yetərli hesab etmir.
Mövzu ilə bağlı Ölkə.Az-a danışan Xalq artisti Şeyx Əbdül Mahmudbəyov çox sərt ifadələr işlədib.
“Elə bil ki, bu millətin daşını çeviriblər. Milli-mənəvi dəyərlər, əxlaq, dünyaya bizdən yayılıb. Qapıları açdıq, bütün dünyanı maarifləndirdik, əxlaqa, mənəviyyata çağırdıq, özümüz kütləvi şəkildə mənəviyyatsızlığa başlamışıq. Hər yerdə səsi, ritmi, əxlaqı, səviyyəsi olmayan, əndamı, döş-başı açıq qadınlar, saqqallı, “nakolka”lı hır-gür gədələrdir, efirlərə doluşublar.
Əgər o bir qadın olaraq Aygün Bəylər kimi göz qabağında olan şəffaf bir xanıma bu cür söz deyirsə, deməli, dünyanın ən əxlaqsız, mənəviyyatsız adamdır. Lap deyək ki, sən nəsə bilirsən, adam da ölülərin arxasınca danışarmı? Bu nə əxlaq, nə düşüncə, nə tərbiyədir?!”, – aktyor bildirib.
Onun sözlərinə görə, Aygün Bəylər 12-13 yaşından gözünün qarşısında böyüyən uşaqdır: “Onun formalaşmasında mənim və ailəmin xüsusi xidməti olub. Sənəti, əxlaqı mənəviyyatı, göz qabağında olan və nümunəvi Azərbaycan qadını barəsində söz deyən adam mənəviyyatsızdır.
Kimdirsə, ona ayıb olsun. Ölüb yerə girmirlər? Nə vaxtadək ölülərin arxasınca danışacaqlar?
Ümumiyyətlə, bu tiktok millətə nə verir? Lüt, əndamı açıq qadınlardır, soyunurlar, oralarını-buralarını burcuda-burcuda tullanırlar. Təhrif olunmuş informasiyalar, pis günə qoyulmuş tərbiyəsiz adamlar, söyüş söyən bloger və siyasətçilər… Mən orada ancaq Azərbaycan xalqı üçün ziyanlı şeylər görürəm”.
Xalq artisti hesab edir ki, Ağsaqqallar Şurası yaradılmalı və belə hallar kəskin qınanılmalıdır: