• 23 Noyabr 2024 00:28

Dövlət vergisini ödəməyib qanunlara meydan oxuyan Vüqar Qələndarov fəhlələrin pulunu mənimsədi

Bir neçə ildir ki, Sumqayıt şəhərində “Göyçay ”, “Hiper”, “Səda Store” və “Ən Ucuz” marketlər şəbəkəsi adı altında fəaliyyət göstərən və belə bir ticarət mərkəzlərinə rəhbərlik edən Vüqar Qələndərovla bağlı dolaşan söz-söhbətlər, bu gün də ölkə gündəmini zəbt etməkdədir. Belə ki, media üzərindən apardığımız araşdırmalar zamanı bəlli oldu ki, Vüqar Qələndərovun rəhbərlik etdiyi market və ticarət mərkəzlərində elə bir formada vergidən yayınma hallarına qol qoyulur ki, bu da hər ay bu şəxsə külli miqdarda var-dövlət əldə etməyə imkan verir.

 

Məsələn, adicə onu qeyd edək ki, Vüqar Qələndərovun sahibi olduğu “Ən Ucuz” marketlər şəbəkəsinin ümumi sahəsi 3000 kvm-dən artıqdır. Üçmərtəbəli binada yerləşən bu ticarət mərkəzinin zirzəmisində şirniyyat sexi, yuxarı mərtəbəsində ofis və mebel salonları fəaliyyət göstərsə də, bunların heç birinə görə dövlətə vergi ödənilmir. Belə bir halların varlığı, məhz bu şəxsin geniş imkan sahibi olmasına lazımi şərait də yaradır.

Bundan əlavə, bu şəxsin sahiblik etdiyi market və ticarət mərkəzlərində vətəndaşlara vaxtı keçmiş, keyfiyyətsiz qida və ərzaq məhsullarının satılması da, məhz sakinləri daha çox narahat edən məsələlərdəndir.

 

Qeyd edək ki, Vüqar Qələndərovun qol qoyduğu əməllər təkcə bunlarla yekunlaşmır. Belə ki, bu şəxsin daha beş nəfərin başına açdığı olmazın oyunlar, heç də yerə-göyə sığası məsələ deyil. Məsələn, bu günlərdə redaksiyamıza Rahib Fətullayev adlı şəxs tərəfindən müraciət daxil olub və o, həmin müraciətində Vüqar Qələndərovu haqsızlığa qol qoymaqda qınayır.

Rahib Fətullayev qeyd edir ki, “Biz 2023-cü ilin sentyabr ayında beş nəfər olmaqla, yəni mən, Vidadi Mirzəyev, Amil Əliyev, Müqabil və başqa bir nəfər şəxsin iştirakı ilə, Sumqayıt şəhəri, Corat qəsəbəsinə məxsus yolun kənarında, bir qədər də dəqiq desək dənizkənarı ərazidəki “Liman” restoranına aid mətbəxin havalandırma sistemini 15 (on beş) min manat pula işlədik.

 

Qeyd edim ki, bu restoran da Vüqar Qələndərova məxsusdur. Düzdür, üzərimizə götürdüyümüz işlərin 90%-ni başa çatdıran zaman, restoranın rəhbəri razılaşdığımız 15 min manat pulun 7500 manatını bizə verdi. Qarşı tərəfin bizə 7500 manat borcu qaldı və bu məbləğ pulun 3 (üç) min manatını fəhlə və ustalara verməli idik. Təqribən 5 (beş) ay bundan əvvəl “Liman” restoranının rəhbərliyi heç bir əsas olmadan işimizi dayandırdı və o, bizə qalan borcunu vermədi.

Bir müddətdən sonra xəbər eşitdik ki, Vüqar Qələndərovun verdiyi tapşırıq əsasında restoranın havalandırma kanallarını söküblər və onu yenidən rəngləyiblər. Onu da qeyd edim ki, üzərimizə götürdüyümüz işləri yekunlaşdırmağımıza çox az qalmışdı. Daha sonda motoru quraşdırmalı idik və işləri tam şəkildə restoranın rəhbərliyinə təhvil verməyə hazırlaşırdıq. Çox təəssüflər olsun ki, milyonlarla var-dövlətə sahib olan Vüqar Qələndərov, son anda heç bir əsas olmadan işlərin dayandırılmasına göstəriş verdi.

 

Bununla da o, halal zəhmətimizin müqabilində ondan alacağımız 7500 manat pulumuzun “dalına keçdi”. Elə ki, bu şəxsdən verməli olduğu pulumuzu istəyirik, o halda o, bizə minbir bəhanələr danışır, boş-boş vədlər verir, bir sözlə bizə “badalaq gəlir”. Bu da onu göstərir ki, Vüqar Qələndərov üçün bu həyatda haqq-ədalət, düzgünlük, bütövlük anlayışı yoxdur. Əgər bu şəxsin qəlbində azacıq olsa belə insaf olarsa, o halda o, əliqabarlı fəhlələrin pullarını verərdi. Deməli, bu şəxsin heç Allah-Təaladan da qorxusu yoxdur”.

Biz də bir redaksiya olaraq qarşı tərəfin qol qoyduğu belə bir əmələ heç cür haqq qazandıra bilmərik. Çünki, hansısa şəxs haqq-ədalət anlayışını uca tutmursa, deməli həmin şəxsin qəlbində daş, qaya və s. “kök salıb”. Başqa cür də ola bilməz. Düşünürük ki, milyonlarla var-dövlətə sahib olan Vüqar Qələndərov, bu yazının yayımlanmasından sonra əliqabarlı fəhlələrə verməli olduğu 7500 manat pulu ödəmək qərarına gələcək. Yox, əgər o, belə bir addımını atmazsa, deməli bu şəxsin kasıblara, əliqabarlı fəhlələrə qarşı hansısa formada kin-kudurəti var. (Azerbaycanrealliği)

 

Tacxeber.com

Oxşar xəbərlər