• 23 Noyabr 2024 16:43

Ukrayna Luqanskda neft bazasını vurdu

Ukrayna Silahlı Qüvvələri (AFU) Rusiya işğalında olan Luqanskın Rovenki şəhəri yaxınlığında neft bazasına zərbə endirib.

 

Tacxeber.com Rusiya mənbələrinə istinadən xəbər verir ki, bazada güclü yanğın başlayıb.

 

Qondarma “Luqansk Xalq Respublikası”nın rəhbəri Leonid Paseçnik Luqanskda fövqəladə vəziyyətin baş verdiyini təsdiqləyib. Onun sözlərinə görə, şəhər hüdudlarında yerləşən neft anbarı hücuma məruz qalıb. Hadisə nəticəsində neft bazasının 1 əməkdaşının həlak olduğu, 6 nəfərin yaralandığı bildirilir.

Tacxeber.com

Oxşar xəbərlər