Dünyanın donuz böyrəyi olan ilk insanı öldü
Dünyada ilk dəfə geni dəyişdirilmiş donuz böyrəyi köçürülən kişi ABŞ-də vəfat edib.
Tacxeber.com Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Massaçusets xəstəxanasının Mətbuat Xidmətinə istinadən məlumat yayılıb.
Kişinin ölümü transplantasiyadan təxminən iki ay sonra baş verib.
Eyni zamanda tibb müəssisəsi xəstənin əməliyyat nəticəsində öldüyünə dair heç bir əlamət görmədiklərini bildirib.