• 24 Noyabr 2024 16:05

Millinin baş məşqçi postuna 2 namizəd AFFA rəhbərliyində MÜBAHİSƏ YARATDI

Mayın 13-də AFFA İcraiyyə Komitəsinin (İK) növbəti toplantısı keçiriləcək.

 

İclasın gündəliyi federasiyanın rəsmi saytı vasitəsilə açıqlanıb.

Buradan görünür ki, millinin yeni baş məşqçisinin kimliyi ilə bağlı məsələ müzakirə pridmeti olmayacaq. Hər halda Canni De Byazinin sələfinin kimliyini müəyyənləşdirmək barədə polemikadan orada danışılmır.

Bunun nəyi belə olması artıq bizə bəllidir. Redaksiyamıza verilən informasiyaya görə, yığmanın çalışdırıcısı ətrafında gedən məsləhətləşmələr uzanır.

 

Daha doğrusu, AFFA rəhbərliyində fikir ayrılığı yaranıb.

Əgər 2004-cü ildən vitse-prezident postunu tutan Elşad Nəsirov Stefan Kuntsun namizədliyinin üzərində dayanıbsa, aprelin 2-də qurumun prezidenti seçilmiş Rövşən Nəcəf almaniyalının təyinatını dəstəkləmir.

O, millinin slovakiyalı Vladimir Vayssa tapşırılmasını istəyir. Bu səbəbdən millinin yeni çalışdırıcısının adı iyunadək uzana bilər. (Sportinfo)

Tacxeber.com

Oxşar xəbərlər