“Paşa Bank” Səlim Müslümovun oğlunu məhkəmə verdi – Borca görə
“Paşa Bank” ASC sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun oğlu barəsində yenidən məhkəmə iddiası qaldırıb.
Tacxeber.com xəbər verir ki, məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Ziya Şirinovun icraatına verilib.
Bildirək ki, “Paşa Bank” məhkəmə iddiasını kredit müqaviləsi üzrə mübahisələrlə əlaqəli olaraq qaldırıb.
“Paşa Bank” Səlim Müslümovun böyük oğlu Turqay Müslümlü ilə birgə ona məxsus “Orion Global” MMC (VÖEN – 1005080711) şirkətini də məhkəməyə verib.