• 23 Noyabr 2024 19:29

“Mənə neçə mənzil verə bilərsən?” – DƏLİXANADIR, VALLAH…

“Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzdində fəaliyyət göstərən Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri Ramin Abdullayevin öz vəzifəsindən sui-istifadə etməsi, şəxsi maraqları naminə dövlət və ictimai maraqları qurban verməsi ilə bağlı ölkə mediasında kifayət qədər məlumat mövcuddur”.

 

Görünən odur ki, Ramin Abdullayev öz “biznes bacarığı” sayəsində kifayət qədər şöhrət qazanan, media və sosial mediada populyarlıq əldə edə bilib. Lakin nə qədər qəribə olsa da, media Ramin Abdullayevin göydələn biznesi haqqında məlumatsızdır. Halbuki, bu biznes İdarə Heyətinin sədrinin əsas gəlir mənbələrindən biridir.

 

Tikinti üçün icazə almaq istəyənlərə sual: “Mənə neçə mənzil verə bilərsən?” Artıq xeyli müddətdir ki, Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri Ramin Abdullayev bina tikintisi üçün nəzərdə tutulan dövlət standartlarının siyahısına yeni və bütün digər standartlardan daha önəmli olan bir standart gətirib.

 

Bu da bina inşası üçün icazə almaq istəyən hər kəsin tikəcəyi binadan Ramin Abdullayevə bir neçə mənzil peşəkəş etmək məcburiyyəti ilə bağlıdır. Nə qədər inanılmaz görünsə də, Ramin Abdullayev bina tikintisi üçün ona müraciət edən şəxslər qarşısında sadəcə bir tələb qoyur: Tikiləcək hər binadan ona bir neçə mənzil verilməlidir!”

 

Ardı var…/mənbə: azerbaycanrealligi.com

Tacxeber.com

Oxşar xəbərlər