• 23 Noyabr 2024 16:12

Qara tut və suyunun faydası – suyunu içdikdən 1 gün sonra bütün…

Diabetli xəstələr yeyə bilərmi?

Qara tut güclü antioksidant sayəsində immun sistemini gücləndirir. Vitamin deposudur. Tərkibində bol miqdarda C, E və K vitaminləri, mis, dəmir, maqnezium, manqan, selenium, sink var. Bu vitaminlər sayəsində özünüzü gün ərzində gümrah və dinamik hiss edəcəksiniz. Hətta qara tutun suyunu içdikdən bir neçə saat sonra halsızlıq probleminin aradan qalxdığının şahidi olacaqsınız.

 

Tacxeber.com bildirir ki, həzm sistemində və qəbzliklə bağlı problemi olanlara sürətlə təsir edir. Xüsusilə də qara tutun suyunu içdikdən 1 gün sonra bütün həzm problemləri həllini tapacaqdır.

 

Qara tut və qara tutun yarpaqları ağız və dişlərin salamlığı üçün faydalıdır. Belə ki, qara tutu və ya yarpaqlarını isti su ilə dəmləyib qarqara etdikdə, ya da bu çayı içmək iltihab və dişdəki qanamaların qarşısını alır.

 

Qara tutun suyunun ən əhəmiyyətli faydası onun insan bədənindəki  qanı təmizləməsidir. Həmçinin yeni qan hüceyrələrinin yaranmasına və zədələnmiş qan hüceyrələrinin yenilənməsinə kömək edir.

 

Qara tutun suyu dəriyə istifadə edildikdə yavaş-yavaş meydana gələn qırışları aradan qaldırır. Kalsiumla da zəngin olduğundan əzələ və sümüklərin güclənməsi, inkişafı üçün çox faydalıdır. Ona görə də inkişaf dövründə olan uşaq və yeniyetmələrin qara tut yeməsi məsləhətlidir.

 

Qara tutun tərkibində “ellagiç” adlandırılan bir maddə var. Bu maddənin xərçənglə mübarizə aparan ən güclü təbii vasitə olduğu bildirilir. Hətta bir çox xərçəng hüceyrələrinin yaranmasına mane olur.

 

Diabetin düşməni olan təbii kaliumdur. Kaliumla zəngin olan qara tutdan qan şəkərini aşağı salmaqda istifadə oluna bilər. Gündə bir yemək qaşığı qara tutu yeyərək insulin və qan şəkərini normada tutmaq mümkündür.

100 qram QARA TUTUN QİDA DƏYƏRİ:

8,1 qram karbohidrat;

1,3 qram protein;

1,5 qram lif;

2 mq natrium;

260 mq kalium;

36 mq kalsium;

2 mq A vitamini;

10 mq C vitamini;

1,6 mg dəmir;

Tacxeber.com

Oxşar xəbərlər