Günəşdə 7 ilin ən güclü partlayışı oldu
Ötən gün Günəş aktivliyinin cari tsiklində ən güclü partlayış baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası məlumat yayıb.
Bildirilib ki, X9.3 səviyyəsindəki böyük partlayış sonuncu dəfə 7 il əvvəl – 2017-ci il sentyabrın 6-da müşahidə olunub.
Bu isə Yerdə maqnit qasırğasına səbəb ola bilər.