“Vallah, ayaqlarımla pul qazanmıram, müalicə olunun” – VİDEO
“Mən ayaqlarımla pul qazanmıram”
Tacxeber.com xəbər verir ki, bunu şairə Nazilə Səfərli şəxsi instaqram səhifəsində paylaşdığı vidoda deyib. O, arıqlamasına görə barəsində təhqir yazanlara belə cavab verib:
“Artıq çəkidən ayağım xəstələnib, arıqlamağa məcbur qalmışam. Bunu da hansısa xəbər saytları yazıblar. Bir də görürəm Roza Zərgərli mənə zəng edib, bikefdir. Deyir, xəbərin altından pis şeylər yazmışdılar, sevinən çox idi. Soruşuram ki, nə yazmışdılar? Deyir yazıblar ki, bunu xəstə, çolaq ayağı ilə toya da aparırlar. Allaha and olsun, mən ayaqlarımla pul qazanmıram. Pul qazanan yerim buradan yuxarıdır(başını göstərir). İstəyirsiniz inanın, istəyirsiniz inanmayın. İbrahim Tatlıses “kalyaska” ilə Bakıya gəldi. Kiminsə dərdinə sevinmək olar? Siz özünüz xəstəsiniz, gedin özünüzü müalicə edin”, – deyə o söyləyib.