YENİ QƏRAR: Bu evlərə “kupça” verilməyəcək
Hazırda əksəriyyəti Bakı və Abşeron rayonunda yerləşən sənədsiz evlərlə bağlı amnistiyanın tətbiqi gündəmdədir. Bununla bağlı Ədliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Xidmətinin birgə hazırladığı elektron portalın yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur. İlkin mərhələdə sənədləri nisbətən qaydasında olan evlər çıxarışla təmin olunacaq.
Bəs görəsən, tikintisi qadağan olunmuş ərazilərdə olan evləri hansı aqibət gözləyir?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, bu cür evlərə kupça verilməsi mümkün deyil:
“Tikinti üçün qadağan olunmuş ərazilərdə olan evlərə amnistiyanın tətbiq olunması faktiki mümkün deyil. Çünki qanunda açıq şəkildə qeyd olunur ki, magistral xəttlərin mühafizə zolağı, meşə-təsərrüfat torpaqları, yüksək gərginlikli elektrik xəttlərinin keçdiyi yerlər və bu qəbildən olan ərazilərdə ev tikmək qadağandır. Təbii ki, amnistiya ilə bağlı məsələ müzakirə olunarkən bu nüanslar da nəzərə alınıb. Eyni zamanda vulkanik ərazilərdə tikilən evlərə də çıxarış verilməsi mümkün deyil. Nəhayət, mədən ərazilərində, yəni neft və qaz çıxarılan yerlərdə də birmənalı şəkildə evlərin tikilməsi qadağandır. Düşünürəm ki, proqram icra olunarkən, həmin evlərə amnistiyanın verilməsi məsələsindən daha çox, onların sökülməsi məsələsi daha aktualdır və doğrudur. Yəqin ki, yanaşma da buna uyğun olacaq”.
Ekspert bildirib ki, bu evlər sökülərsə, dövlət tərəfindən kompensasiya veriləcək: