• 24 Noyabr 2024 11:44

Kadırovdan ŞOK TƏKLİF: “Bu ölkəyə raket zərbəsi endirin”

“Estoniya parlamentinin dondurulmuş Rusiya aktivlərindən istifadə ilə bağlı qanun qəbul etməsi kimi hərəkətlərə cavab vermək lazımdır”

 

Bu barədə Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov bildirib ki, “Telegram” kanalında yazıb.

“Rusiyanın xaricdəki aktivləri bütün rusların sərvətidir! Ona görə də hesab edirəm ki, ölkəmizə açıq-aşkar soyğunçuluq üçün belə qərarların verildiyi məqamlar hədəflənmiş raket zərbəsi üçün bir nömrəli hədəfə çevrilməlidir”, – Çeçenistan rəhbəri yazıb.

 

“Bir neçə şərti “Xəncər”in effektiv gəlişi Estoniyanın ən “isti başlar”ını tez bir zamanda özünə gətirəcək”, – Kadırov əminliklə qeyd edib.

Qeyd edək ki, mayın 15-də Estoniya parlamenti Rusiyanın dondurulmuş aktivlərindən istifadə haqqında qanun qəbul edib. (Publika)

Tacxeber.com

Oxşar xəbərlər