• 24 Noyabr 2024 01:21

Mask bu çipi taxmaq üçün könüllü axtarır

“Neuralink” beyin implantı sınağı üçün ikinci könüllü iştirakçı axtarır.

 

Tacxeber.com xəbər verir ki, bunu şirkətin rəhbəri, amerikalı milyarder İlon Mask X səhifəsində yazıb.

 

“Neuralink” ikinci iştirakçı üçün müraciətləri qəbul edir. Bu, sadəcə düşünməklə telefonunuzu və kompüterinizi idarə etməyə imkan verəcək kibernetik “Telepathy” beyin implantımızdır”, – Mask bildirb.

 

Qeyd edək ki, “Telepathy” beyin implantı insanlara sadəcə düşünərək telefonlarını və kompüterlərini idarə etməyə imkan verəcək. İlk çip qəzadan sonra iflic olan 29 yaşlı kişiyə yerləşdirilib. İmplant sayəsində o, düşüncələri ilə kursoru idarə edə, kompüterdə şahmat oynaya və X-də yazı yaza bilir.

Tacxeber.com

Oxşar xəbərlər