Ağ Ev Gürcüstan prezidentinin veto qərarına reaksiya verib
ABŞ Gürcüstan prezidenti Salome Zurabişvilinin “Xarici agentlər” haqqında qanuna qoyduğu vetoya münasibət bildirib.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Adrienne Vatson Prezident Zurabişvilinin “Xarici agentlər” haqqında qanuna veto qoymasına görə şad olduqlarını bildirib.
“Biz parlament üzvlərini eyni cəsarət göstərməyə və onun vetosunu ləğv etməməyə çağırırıq”, – deyə Ağ Ev sözçüsü bəyan edib.
Qeyd edək ki, Gürcüstan prezidenti Salome Zurabişvili dünən “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyub.
“Bu qanun heç bir dəyişiklik və ya təkmilləşdirməyə məruz qalmır və ona görə də ona çox sadə veto qoyulur. Bu qanun ləğv edilməlidir”, – deyə prezident bildirib.