• 26 Noyabr 2024 01:56

Qəzadan sonra Xamnəinin oğlu atasının əsas varisi oldu – ABŞ nəşri

İran prezidenti İbrahim Rəisinin qəzada həlak olması İranın lideri Ayətullah Xamnəinin oğlunu atasının əsas mümkün varisi edir.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “Politico” qəzeti yazıb.

 

Nəşrinin təhlilinə görə, Rəisinin ölkə rəhbərliyinə sədaqəti son illərdə onun növbəti Ali lideri kimi Xamnəini əvəz edə biləcəyi ilə bağlı fərziyyələrə səbəb olmuşdu. İndi onun ölümü ilə ölkədə və xaricdə bir çoxları Xamnəinin vəzifəsinə əsas namizədin oğlu Müctəbanın olacağına daha çox əmindir.

 

Vaşinqtonun Demokratiyaları Müdafiə Fondunun baş əməkdaşı Bəhnam Bin Taleblunun sözlərinə görə, mərhum prezident Xamnəinin dövlətin başında görmək istədiyi adam idi. “Rəsinin ölümü varis seçmək prosesini daraldır və Xamnəinin oğlu potensial namizədlərdən biri olur”, – deyə o əlavə edib.

Tacxeber.com

Oxşar xəbərlər