Rəisinin helikopterinin dəqiq yeri müəyyən edildi
İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğradığı dəqiq yer müəyyənləşib.
Tacxeber.com Report-a istinadən xəbər verir ki, bu barədə İranın Şərqi Azərbaycan əyalətində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı, general Əsgər Abbas Qalizadə bildirib.
“Bir neçə dəqiqə əvvəl hadisə yerində olan ekipaj üzvünün helikopterindən və mobil telefonundan siqnal daxil olub”, – “Tasnim” agentliyi onun sözlərini sitat gətirib.
Komandan əlavə edib ki, axtarış-xilasetmə əməliyyatında iştirak edən hər kəs sərt enişin ərazisinə doğru gedir və o, xalqa xoş xəbər çatdıracağına ümid edir.