Rəisinin helikopterinin qəzasının MÜMKÜN SƏBƏBLƏRİ – AÇIQLAMA
Rəisinin helikopteri quyruq və ya əsas rotorun nasazlığı, habelə əlverişsiz hava şəraiti, o cümlədən dağlıq ərazi səbəbindən qəzaya uğramış ola bilər.
Tacxeber.com xəbər verir ki, bunu amerikalı aviasiya mütəxəssisi Keyl Beyli “Əl-Cəzirə”yə açıqlamasında hadisənin səbəblərini açıqlayarkən deyib.
Onun sözlərinə görə, qəza zamanı “ciddi idarəolunma problemi” ola bilər.
Pilotun “mayday” və ya təcili çağırış edib-etmədiyinə aydınlıq gətirən Beyli əlavə edib ki, uçuş zamanı ciddi texniki problem yaşanarsa, pilotun ilk vəzifəsi helikopteri ələ almaq olduğundan əlaqə arxa planda qalır: “Hər hansı əlaqənin olmaması, onu deməyə əsas verir ki, pilot yəqin ki, helikopteri endirməyə və ya onu havada saxlamağa fokuslanıb”.
Ekspertin fikrincə, hadisə zamanı pilot helikopteri endirmək üçün manevr edərkən meydana gələn aerodinamik qüvvələr və ya texniki problem, yaxud da quyruq rotorunun nasazlığı qəzaya səbəb ola bilər.