• 26 Noyabr 2024 02:48

Dünyada radiasiya şüalanma yoxa çıxarsa – nə baş verər?

Bir çoxlarının fikrində radiasiya sözü ölümə bərabər, az qala nüvə silahıdır,
Bir çoxları üçünsə elektrostansiya, telefon və rentgen aparatıdır.

 

“Medicina” xəbər verir ki, süni radiasiya XX əsrdə yaradılıb.

 

Planetdə isə təbii radiasiya qədimdən olub və insanı müşaiyət edib.

 

Radiasion fon kosmik şüalanma-günəş işığı və yer nüvəsinin təbii radionuklidlərindən yaranır.

 

Əgər atmosfer qatları və buludlar olmasaydı, kosmik radiasiya canlı nə varsa yandırardı.

 

Hazırda Yerin radiasion fonu 5-20 mikrorentgendir.
Məhz radiasiya dünyanı indiki halına gətirib.

 

Əgər təbii radiasiya olmasa, nə baş verər?

Günəşdən qaynaqlanan ionizəedici şüalanma Kainatın qaranlıqlarında itəcək, Yerə gəlib çatmayacaq.

 

İnsanlıq məhv olmasa da, elektromaqnit sahəsiz, qravitasiysız, UF şüalarsız qalacaq. Yerdə həyat başqa forma alacaq. İnsanların boyu qısalacaq, saç və tüklər dəyişəcək, xaricini görünüş dəyişəcək, tez qocalacaq.

 

Müasir insanın boyu, saçları, qaməti, burnunun forması məhz təbii radiasiyanın nəticəsidir.

 

Mutasiyaların sayı artacaq.

Antibiotiklər, vaksinlər məhz ionizəedici şüalanmanın köməyi ilə olur. Deməli, epidemiyalar da tüğyan edərdi.

 

Düzdür, yeni ştamm bakteriya və viruslar yaranmayacaq, köhnə ştamlar isə ətraf orqanzimlərə hücuma keçəcək.

 

Radiasiya bitkilərə, taxıllara da müəyyən dozada təsir edir.
Sovet illərində hətta məhsuldarlığı torpağa radioaktiv elementlər verməklə artırırdılar.

 

Təbii şüalanma olmadıqda məhsuldarlıq azalacaq, meyvə-tərəvəzlər ölçüdə dəyişəcək.

Tacxeber.com

Oxşar xəbərlər