• 24 Noyabr 2024 11:24

“Akınçı” Rəisinin helikopterini axtaranda niyə Təbrizə uçub?

İran prezidenti İbrahim Rəisinin qəzaya uğrayan helikopterinin yerini müəyyən edən “Akınçı”nın axtarış əməliyyatına Təbriz şəhərindən başlaması müzakirələrə səbəb olub.

 

Tacxeber.com Publika.az-a istinadla xəbər verir ki, Türkiyə mediası uçuş marşrutunun başlanğıcı kimi Təbriz şəhərinin seçilməsinin səbəblərini araşdırıb.

 

“Haber7” hava sahəsi üzrə mütəxəssislərə istinadən yazır ki, “Akınçı”nın qəzanın baş verdiyi bölgəyə Təbriz şəhəri üzərindən getməsi zaman qazanmaq baxımından önəmli idi.

 

“Rəisinin olduğu helikopterin getdiyi nöqtə Təbriz idi. Buna görə “Akınçı” eniş nöqtəsi olan Təbrizdən başlayaraq, helikopterin havalandığı nöqtəyə doğru axtarış işlərini həyata keçirdi. Çünki helikopterin düşdüyü nöqtə bilinmirdi, “Akıncı”nın belə marşrut seçməsi də qısa zamanda nəticənin əldə edilməsi məqsədi daşıyırdı. Saat 23:30-da Batmandan havaya qalxan “Akınşı” saat 00:45-də qəza bölgəsinə çatdı və axtarış işlərinə başladı. Saat 02:36-da artıq helikopterin qalıqları tapılmışdı”, – sayt yazır.

 

Qeyd edək ki, “Akınçı”nın uçuş marşrutunu internet üzərindən 6 milyondan çox insan izləyib.

Tacxeber.com

Oxşar xəbərlər