• 24 Noyabr 2024 07:40

Qanazlığı nədir? – ANEMİYANIN simptomları 

Bu, düşündüyünüz qədər yüngül xəstəlik deyil.

qanazligi-nedir

 

Anemiya və ya qanazlığı – ilk baxışdan göründüyü kimi o qədər də yüngül xəstəlik deyil. Əgər həkim sizə anemiya diaqnozu qoyubsa, bu o deməkdir ki, sizin orqanizminizdə heboqlobinin miqdarı aşağıdır. Qanın analizi isə eritrositlərin miqdarının aşağı olduğunu göstərəcəkdir. Bu göstərici bir çox xəstəliklərin indikatoru hesab edilir.

 

Eritrositlər – sümük iliyində yaranan qırmızı qan hüceyrələridir. Onların vəzifəsi orqanizmin orqan və toxumalarını oksigenlə təmin etməkdir. Digər funksiyası isə nəqletmə funksiyası olub, toxumalardan karbon qazını xaric etməkdir. Əgər eritrositlər normadadırsa, insan özünü sağlam hiss edir, norma pozulanda isə anemiya ilə əlaqədar bir çox patalogiyalar meydana çıxmağa başlayır.

 

Anemiyanın əsas simptomları 

Anemiya zamanı qan oksigenlə kifayət qədər təmin olunmadığından xəstəlik hallarına səbəb olur: tez yorulma, sifətin avazıması, saçların kövrəkləşməsi, dırnaqların laylanması və sınması kimi hallara rast gəlinir. Ürək isə özünəməxsus reaksiyalar göstərir: ürəkdöyünmələrin sayı artır, qulaqlarda küy, gözdə qaralma, baş gicəllənmə kimi hallar yaranır. Demək olar ki, insanların hər üç nəfərdən birində yaranan belə hallar anemik sindrom adlanır. 65 yaşdan yuxarı insanlarda isə anemiyanın rast gəlmə ehtimalı daha da artır.

Anemiyanın aradan qaldırılması yolları

Dəmir defisitli anemiyadan qurtulmaq üçün ilk öncə əsas xəstəliyin səbəbini ardan qaldırmaq lazımdır. Qidalanmaya xüsusi fikir vermək lazımdır. Dəmir tərkibli zülalların az olduğu halda rasiona əlavə etmək və ya əksinə, onların sorulmasını məhdudlaşdıran məhsulların qida rasionundan çıxarılmasını təmin etmək lazımdır. Əgər “qorxulu” bir hal yoxdursa və qanın müayinəsi dəmir çatışmazlığını təsdiq edirsə, bu zaman 1-2 ay müddətində minimum gündə 1-2 dəfə yemək zamanı dəmir tərkibli preparatlar qəbul etmək məsləhət görülür.

Tacxeber.com

Oxşar xəbərlər