• 23 Noyabr 2024 16:46

“Abzas Media işi”nin əsassız və qurama olduğunu göstərən 15 hal

“Abzas Media işi”nin əsassız və qurama olduğunu göstərən 15 hal

“Abzas Media” rəhbərliyinə və əməkdaşlarına cinayət işi açılmasından, onların əsassız həbs edilməsindən 6 ay keçir.

 

Bu müddət ərazində Azərbaycanın dövlət rəhbərliyi həm rəsmi, həm də qeyri-rəsmi yollarla yerli və beynəlxalq ictimaiyyəti inandırmağa çalışıb ki, ortada cinayət var və istintaq aparılır.

Prezidentin köməkçisi Hikmət Hacıyevin, daxili işlər naziri Vilayət Eyvazovun, digər dövlət rəsmilərinin, millət vəkillərinin bu iş üzrə az qala eyni mətnlə çıxış etməsi, paralel olaraq hökumət mediasında eyni məzmunlu materialların dərc edilməsi göstərib ki, məsələ hüquqi yox, siyasidir və sistemli şəkildə bir mərkəzdən idarə olunur.

 

Prezident İlham Əliyev belə bu barədə açıqlama verərkən Konstitusiyanın tələblərini kobud şəkildə pozub. Aprelin 26-da Almaniyanın paytaxtı Berlində keçirilən mətbuat konfransında jurnalistlərin həbsilə bağlı sualı cavablandıran prezident deyib ki, “xaricdən qanunsuz maliyyələşən bəzi media orqanlarının nümayəndələri istintaq orqanları tərəfindən saxlanılıb” və onların həbsi qanunidir.

Halbuki, Konstitusiyanın 63-cü maddəsinə görə, məhkəmənin hökmü olmadan kimsə cinayətdə təqsirli sayıla bilməz. Əslində Prezident məhkəmə istintaqı yekunlaşmadan belə bir açıqlama verməklə jurnalistlərin təqsirsizlik prezumpsiyasını pozub.

 

Oxşar pozuntu halları ilkin istintaq dövründə də qeydə alınıb. “Abzas Media” açılan cinayət işinin nə qədər əsassız və qanunsuz olduğunu 15 maddə ilə təqdim edir. Aşağıda qeyd olunan maddələr istintaq orqanının və məhkəmənin rəsmi davranışlarına əsasən hazırlanıb:

 

  1. İş üzrə cəlb olunmuş şəxslər Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunurlar. Ancaq bu iş üzrə həbs olunan heç bir jurnalist iddia edilən cinayət başında, yəni dövlət sərhədində qeyd olunan “qaçaqmalçılıq” əməlini törədərkən saxlanılmayıb.

  2. Həbslər çərçivəsində saxlanılan şəxslərin evlərində axtarışlar aparılıb, bu iş üzrə cəlb olunmuş heç bir şəxsin evində qanunsuz yolla əldə olunduğu təsdiq olunan vəsait və ya digər materiallar aşkarlanmayıb.

  3. İrəli sürülən ilkin ittihamda qeyd olunur ki, törədilən cinayətlər 2020-2023-cü illəri əhatə edib. Ancaq bu iş üzrə həbs edilmiş Hafiz Babalı və Elnarə Qasımova qeyd olunan dövrdə ölkə sərhədlərindən kənara çıxmayıblar. Eyni zamanda adlarına şübhəli bank əməliyyatları olmayıb.

  4. “Abzas Media”nın ofisindən aşkarlandığı bildirilən 40 min avro pul vəsaitini ofisə axtarışa gələn polis əməkdaşları atıblar. Pulların atılması ofisdə yerləşdirilən təhlükəsizlik kameraları tərəfindən lentə alınıb, amma bu kameralar axtarış zamanı qanunsuz olaraq müsadirə edilib, görüntülər isə silinib. Pulun Ulvi Həsənliyə və təqsirləndirilən digər şəxslərə aid olub – olmadığını aydınlaşdırmaq üçün müdafiə tərəfin vəkillərinin verdiyi vəsatətlər təmin olunmayıb.

  5. Bu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunan Məhəmməd Kekalov haqqında saxlanıldıqdan sonrakı 3 gün ərzində məlumat almaq olmayıb. Sonradan müəmmalı şəkildə öz vəkilindən imtina etdiyi bildirilib və məlum olub ki, Məhəmməd Kekalov istintaqa guya etirafedici ifadələr verib.

  6. İş üzrə cəlb olunmuş təqsirləndirilən şəxslər 100 günə yaxın müddətdə ailələrilə görüşə və danışa bilməyiblər. Təcridxanada onların hətta Ombudsman Aparatına zəng etməsi də qadağan olunub, ağır şərtlərdə, təzyiq və təhdid altında saxlanılıblar.

  7. İstintaq başlayan andan indiyə qədər olan müddətdə müdafiə tərəfinin verdiyi 200-ə yaxın vəsatətdən heç biri təmin edilməyib. Aşkarlandığı iddia olunan pul üzərində əl izlərinin yoxlanılması da daxil olmaqla, işin açılmasına kömək edəcək 200-ə yaxın vəsatət verilsə də, yerli məhkəmələr 7-10 dəqiqəlik formal iclaslarla bütün vəsatətləri rədd ediblər.

  8. Bu iş üzrə təqsirləndirilən şəxslərin şahid kimi cəlb olunmuş yaxın qohumlarının bütün bank kartlarına həbs qoyulub, hətta pensiya kartları belə bloklanıb. Ümumilikdə bu iş üzrə şahid kimi cəlb olunmuş bütün şəxslərin, o cümlədən jurnalistlərin ölkədən çıxışına qadağa, bank hesablarına və əmlaklarına həbs qoyulub. Dünyanın heç bir hüquq sistemində şahidlərə bu cür məhrumiyyət və məhdudiyyət tətbiq edilmir.

  9. Məhkəmə iclaslarında təqsirləndirilən şəxslərin ifadələri yarıda saxlanılıb və onlar bəzən zaldan çıxarılıblar. Məhkəmə onların müdafiə hüquqlarını təmin etməyib.

  10. İlkin olaraq “Abzas Media işi” üzrə cəlb olunan “Meclisinfo” saytının rəhbəri İmran Əliyev saxlanılan zaman üzərində heç bir xəsarət izi olmayıb. Ancaq 1 gün sonra məhkəməyə gətirilərkən onun gözünün altının göyərdiyi müşahidə edilib. Polislər onu döyüb, toka verib sənəd imzalatdırıblar. Əliyev bunu ictimailəşdirdiyi üçün məhkəmədən sonra yenidən döyülüb.

  11. İstintaq iş üzrə saxta sənədlər və ifadələr hazırlayıb. Belə ki, bir sıra şəxslərə guya pul aldıqlarına dair sənədlər təqdim olunub. Ancaq sənədlərin həqiqiliyi və dəqiqliyi şübhə doğurub. Müdafiə tərəfinin təqdim etdiyi məlumatlara görə, aşkarlandığı iddia olunan sənədlər heç bir yerli və beynəlxalq təşkilatın rəsmi sənəd forması deyil və mahiyyət etibarilə sadəcə kağız parçasıdır.

  12. İstintaq “Abzas Media” və “Toplum Tv işi”i çərçivəsində cəlb olunmuş şəxslərə guya “Abzas Media”nin direktoru Ülvi Həsənlinin onların əleyhinə ifadə verildiyini bildirib. Həsənli isə bunun yalan olduğunu, istintaqa ümumiyyətlə ifadə vermədiyini bildirib. Beləliklə, istintaq saxta “etirafedici” ifadələr almaq üçün “yalan sübutlardan” istifadə edir.

  13. Bu iş üzrə ikinci mərhələdə şahid kimi “Abzas Media” ilə heç bir əlaqəsi olmayan gənc tələbələr və QHT nümayəndələri cəlb olunub. “Abzas Media” istintaq orqanlarındakı mənbəsinə istinadən bildirir ki, onlara ümumilikdə əsasən başqa məsələlər üzrə suallar verilib.

  14. İlkin sübutlar olmamasına baxmayaraq açılan cinayət işi 6 ay əsassız olaraq uzadılıb. Bunun səbəbi ittiham tərəfin iddia olunan cinayət əməlinin törədildiyini sübut edən heç bir dəlil əldə eməməsidir.

  15. İstintaqın uzadılmasının bir səbəbi də odur ki, ölkənin müstəqil vəkilləri “Abzas Media işi” çərçivəsində cəlb olunduqlarından, bu iş üzrə yeni cəlb olunan şəxslərin müdafiəsinə qoşula bilmirlər. Sonradan saxlanılan vətəndaş cəmiyyəti üzvlərini ilkin olaraq bu iş üzrə cinayətə cəlb edirlər ki, müdafiəsiz qalsınlar.

 

“Abzas Media” Azərbaycanın dövlət rəhbərliyindəki vəzifəli şəxslərlə bağlı korrupsiya araşdırmalarından sonra hədəfə gəlib. Ötən il noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də saytın baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, yanvarın 13-də isə jurnalist Elnarə Qasımova saxlanılıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib. Məhkəmə istintaq zamanı prokurorluğun ittihamlarını əsaslı hesab etsə, jurnalistləri 8 ilədək həbs cəzası gözləyir.

 

Jurnalistlər isə ittihamları rədd edir, həbslərini “Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə əlaqələndirirlər.

Fevralın 24-dən başlayaraq “Abzas Media işi” üzrə həbs edilən bütün jurnalistlərin həbs müddətləri daha 3 ay artırılıb.

Beynəlxalq təşkilatlar bu qərarları istintaqın əsassız aparılması və jurnalistlərin təzyiq altında saxlanılması əlaqələndiriblər.

 

Mətnin ingilis dilində versiyası

 

15 key insights demonstrating the unjust criminal case against Abzas Media

It has been six months since the criminal case was initiated against the management and employees of Abzas Media, resulting in their unjust arrest. Throughout this time, the leadership of Azerbaijan has been attempting to persuade both the local and international public, through official and unofficial channels, that a crime has been committed and that an investigation is ongoing.

The fact that Assistant to the President Hikmet Hajiyev, Minister of Internal Affairs Vilayat Eyvazov, other state officials, and MPs all spoke about this case in almost the same way, and that materials with the same content were published simultaneously in government media, shows that the issue is not just legal, but political, and is being systematically managed from a central source.

President Ilham Aliyev grossly violated the requirements of the Constitution when he made a statement about this. During a press conference held in Berlin on April 26, in response to a question about the arrest of journalists, the President stated that “representatives of some media organizations illegally financed from abroad were detained by investigators” and that their arrest was legal.

However, according to Article 63 of the Constitution, no one can be considered guilty of a crime without a court verdict. In fact, the President violated the presumption of innocence of the journalists by making such a statement before the court investigation was concluded.

During the initial investigation period, similar violations were recorded. Abzas Media demonstrates the baselessness and illegality of the criminal case with 15 articles. The following articles were prepared based on the official conduct of the investigative body and the court:

  1. The individuals charged in the case are accused of smuggling, as per Article 206.3.2 of the Criminal Code, which pertains to cases where a group of individuals conspired in advance to commit the act. However, none of the journalists arrested in this case were apprehended at the alleged crime scene, specifically while engaging in the act of “smuggling” at the state border.

  2. Searches were carried out in the homes of the detained individuals. No illegally obtained funds or materials were found in any of the homes of the individuals involved in this case..

  3. The arraignment states that the crimes committed occurred between 2020 and 2023. However, Hafiz Babali and Elnara Gasimova, who were arrested in this case, did not leave the country during this period. Additionally, there were no suspicious bank transactions..

  1. The 40,000 euro money found in the “Abzas Media” office was planted by the police officers who came to search the office. The planting of the cash was recorded by the security cameras installed in the office; the police illegally confiscated the cameras and deleted all the footage without considering their relevance to the case. The requests made by the defence lawyers to clarify whether the money belongs to Ulvi Hasanli and other accused persons were not granted.

  1. Mahammad Kekalov, an accused person in this case, was not heard from for three days after his detention. Later, it was reported that he mysteriously refused to see his lawyer, and it became known that Mahammed Kekalov allegedly made confessional and self-incriminating statements to the investigation..

  1. The accused involved in the case could not meet and talk with their families for nearly 100 days. In the detention center, they were forbidden even to call the Office of the Ombudsman. They were kept in harsh conditions, under psychological pressure and threats.

  1. Since the investigation started, the courts have not granted any of the nearly 200 motions submitted by the defense. Despite the defense lawyers filing almost 200 motions to aid in solving the case, such as requesting fingerprinting of the allegedly discovered money, local courts have denied all motions in brief seven to ten-minute hearings.

  1. In this case, the bank cards of the close relatives of the accused persons who were involved as witnesses were frozen, and even pension cards were frozen. Additionally, all persons involved as witnesses, including journalists, were banned from leaving the country. Furthermore, bank accounts and assets were frozen, all of which was done in violation of Azerbaijani legislation.

  1. During the court hearings, the accused persons’ statements were frequently interrupted, and they were occasionally removed from the courtroom, resulting in the court failing to uphold their defense rights.

  1. Imran Aliyev, the head of the Meclisinfo website, was initially involved in the “Abzas Media case”. When he was detained, there was no signs of injury. However, a day later, when he appeared in court, it was observed that his eyes were bruised. It is reported that the police beat him, handcuffed him, and forced him to sign a document. Aliyev was beaten again after the trial because he spoke out about the torture he had experienced.

  1.  The investigation produced false documents and statements in the case as if several people received money based on these documents. However, the authenticity and accuracy of these documents have been questioned. According to the defense, the documents in question are not official documents from any local or international organization but are just pieces of paper.

  1. The investigation stated that individuals implicated in the “Abzas Media case” and “Toplum TV case” allegedly had statements made against them by Ulvi Hasanli, the director of “Abzas Media.” However, Hasanli later denied this, stating that he did not provide any testimony to the investigation. It was uncovered that the investigation had used “false evidence” to elicit inaccurate “confessions.”

  1. In the later stage of this case, young students and NGO representatives who had no connection to “Abzas Media” were involved as witnesses. According to “Abzas Media” reports, which cite their source in the investigative bodies, these individuals were asked questions about unrelated issues.

  1. Despite the lack of evidence, the criminal case and the pre-trial detention of all accused persons were unjustifiably extended for 6 months because the prosecution did not obtain any material proving the alleged criminal act..

  1. One reason for extending the investigation is that independent lawyers in the country have been involved in the “Abzas Media case” and cannot participate in the defense of newly involved individuals in this case. When the police make arrests in civil society, they initially implicate individuals in this case to leave them without a defense.

“Abzas Media” became a target after its corruption investigations related to persons in the state leadership of Azerbaijan.

A criminal case against the media was opened at the Baku City General Police Department (BSHBPI). The investigation is led by Togrul Hasanaga oglu Huseynov, who was appointed the chief investigator of the department’s serious crimes investigation department in 2020. The Deputy Baku city prosecutor, Mobil Bahadur oglu Shafiyev, handles the procedural management of the preliminary investigation.

Last year, on November 20, Ulvi Hasanli, the director of “Abzas Media,” and his deputy Mahammad Kekalov were detained. On November 21, the editor-in-chief of the website, Sevinj Vagifgizi, was detained. On November 30, reporter Nargiz Absalamova was detained. On December 13, investigative journalist Hafiz Babali was detained, and on January 13, journalist Elnara Gasimova was also detained.

They have been charged under Article 206.3.2 of the Criminal Code for smuggling, as part of a group that conspired in advance, and have been placed in preventive detention. If the court accepts the prosecutor’s accusations, the journalists could face up to 8 years in prison.

Journalists deny their accusations and link their arrests with corruption investigations published in “Abzas Media”.

As of February 24, the pre-trial detention of all journalists arrested in connection with the “Abzas Media case” has been extended by another 3 months.

International organizations have linked these decisions to the unjust conduct of the investigation and have stated that it amounts to pressure on journalists.

Oxşar xəbərlər