Paşinyan əclafdır, Rusiyanı nəzərdə tutub – Zatulin
Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağda Azərbaycanla müharibədə uduzduğuna görə bütün məsuliyyəti Rusiyanın üzərinə atmağa çalışır.
Tacxeber.com xəbər verir ki, bunu “Qazeta.ru”ya müsahibəsində Dövlət Dumasının deputatı, ermənipərəstliyi ilə seçilən Konstantin Zatulin deyib.
O, Paşinyanın 2020-ci ildə Bakıya yardım göstərdiyinə görə KTMT-yə üzv iki ölkəyə qarşı ittihamlarını belə şərh edib:
“Mənim mövqeyim çoxdan bəllidir. Paşinyan yalançı və əclafdır, erməni xalqının qəzəbini Rusiyaya yönəltməyə çalışır, sələflərinin və bütün erməni xalqının uzun illər mübarizə apardığı hər şeyi uğursuzluğa düçar etmiş və itirmişdir”.
O, Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iki ölkəsi deyərkən Rusiya və Belarusu nəzərdə tutduğunu bildirib.
Qeyd edək ki, Paşinyan ötən gün “KTMT-yə üzv iki ölkəni Azərbaycana yardımda” ittiham edib: “2020-ci ildə müttəfiqlərimiz bizim tərəfimizdə deyil, müharibəyə hazırlıqda iştirak etdilər. Mən KTMT-nin iki ölkəsini tanıyıram ki, bizə qarşı müharibəyə hazırlıqda iştirak edib”.