Xamneyinin iki varisi: biri öldü, digərini özü istəmir
İranın mərhum prezidenti İbrahım Rəisi ölkənin ali rəhbəri Əli Xamneyinin iki mümkün varisindən biri idi, lakin altı ay əvvəl Ekspertlər Şurası populyarlığının azalması səbəbindən onu istisna etdi.
Tacxeber.com xəbər verir ki, bu barədə “Reuters” yazır.
Qeyd olunur ki, ikinci namizəd Xamneyinin oğlu Müctəbadır ki, onun namizədliyi ali rəhbərin özü tərəfindən dəstəklənmir. Səbəb isə 1979-cu il İslam İnqilabı zamanı monarxiyanın devrildiyi ölkədə irsi idarəçiliyi istəməməsidir.
“Xamneyinin irsi idarəçiliyə qarşı çıxması, Müctəba Xamneyi və İraqın Nəcəf şəhərində yaşayan İslam Respublikasının banisinin nəvəsi Əli Xomeyninin namizədliklərinin aradan qaldırılmasına gətirib çıxaracaq”, – mənbə qeyd edir.
“Rəisinin ölümü hazırda başqa namizədi olmayan isteblişmentə zərbədir”, – başqa bir mənbə vurğulayıb. Sonuncunun fikrincə, Xamneyinin özünün niyyətlərinin dəqiq nədən ibarət olduğu məlum deyil.