Bütün şəhər əhalisi bir binada YAŞAYIR – FOTOLAR
Qonşuların olması gözəldir. Təsəvvür edin ki, bütün dostlarınız və şəhər əhalisinin əksəriyyəti ilə bir dam altında yaşayırsınız. Yerli poçt şöbəsi, ərzaq mağazası və polis idarəsi bir addım qədər yaxınlıqdadır.
Tacxeber.com ABŞ-nin Alyaska ştatının qərbində yerləşən Prince William Sound şəhəri barədə məlumatı təqdim edir:
Prince William Sound dağların arasında sıxışmış sakit bir şəhərdir. Amma eşidənləri şoka salan bir xüsusiyyəti var. Bu qəsəbədə hamı eyni binada yaşayır.
Whitter şəhəri Alyaskanın cənubunda yerləşir. Şəhər olduqca kiçikdir, ona görə də ümumi əhali cəmi 217 nəfərdir. Şəhərə giriş yalnız qayıqla və ya birtərəfli tunellə mümkündür.
Bu şəhəri həqiqətən fərqli edən onun nəqliyyatı və əhalisi deyil. Whittier-in 200-dən çox sakininin əksəriyyəti 14 mərtəbəli “Begich Towers Incorporated” adlı binada yaşayır.
1950-ci illərin sonunda ABŞ ordusunun kazarmaları kimi tikilmiş şaftalı rəngli yaşayış binasının özünün poçt şöbəsi, kitabxanası, ərzaq mağazası və məktəbə aparan yeraltı tuneli var.
Şəhər sakinləri soyuq gündə yay paltarı geyinərək işə gedə bilirlər, çünki işləri artıq mənzilin içərisindədir. Övladlarını məktəbə buraxmaq istəyən valideynlər sadəcə zirzəmiyə enməlidirlər.
Kilsədən tutmuş polis bölməsinə qədər hər şeyi ehtiva edən “Begich Tower” mühafizə məqsədi ilə tikilib. Sibirə yaxın olan bu bölgə əvvəllər Sovet İttifaqının nəzarətində idi.