• 23 Noyabr 2024 00:32

İki uşaq atasına yaran çirk edəndə gələrsən dedilər, 10 dəqiqə içində öldü – TƏFƏRRÜAT

Cəlilabadda 31 yaşlı kişinin ölümü ilə bağlı bəzi detallar məlum olub.

 

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında vəfat edən rayon sakini, 1993-cü il təvəllüdlü Vahid Sübhan oğlu Nuriyevin qonşusu Rəşad Əzizov Baku TV-yə açıqlamasında bildirib ki, səhər saatlarında problemlə bağlı xəstəxanaya müraciət ediblər:

 

“Üç-dörd dəfə onu xəstəxanaya apardıq, dedilər ki, gedin, yara çirklənəndə gələrsiniz, heç bir problem olmayacaq. Bu gün səhər xəstəxanaya apardıq, sağ ayağı tamamilə şişmişdi. Üç dənə sistem qoşdular, amma faydası olmadı. Birdən-birə halı pisləşdi, reanimasiyaya qaldırdılar. 10 dəqiqə sonra məlumat verdilər ki, vəfat edib”.

 

R.Əzizov qeyd edib ki, Vahid iki uşaq atası olub və usta kimi çalışıb:

 

“Yoldaşı da xəstədir. Kasıbçılıqla dolanırdılar”.

 

Məsələ ilə bağlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, bu gün saat 17:10-da xəstəxanaya cinsiyyəti kişi olan, 1993-cü il təvəllüdlü xəstə müraciət edib.

 

“Aşağı ətrafların flebiti və dərin tromboflebit diaqnozu ilə xəstəyə ilkin tibbi yardım göstərilib. Təcili yardım şöbəsində xəstənin halı pisləşib və reanimasiya şöbəsinə yerləşdirilib. Aparılan reanimasion tədbirlərə baxmayaraq, xəstədə bioloji ölüm halı qeydə alınıb. Faktla bağlı araşdırma aparılır”, – deyə məlumatda qeyd edilib.

 

Ətraflı Baku TV-nin süjetində:

Tacxeber.com

Oxşar xəbərlər