Bayden Putini TƏHQİR ETDİ
ABŞ Prezidenti Co Bayden Vest-Poyntda ABŞ Hərbi Akademiyasının məzunları qarşısında çıxış edərkən rusiyalı həmkarı Vladimir Putini yenidən təhqir edib.
Tacxeber.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Lakin biz Ukraynanın tərəfindəyik və onu dəstəkləməyə davam edəcəyik. Uzun illər tanıdığım bir insana, qəddar tirana qarşıyıq. Biz geri çəkilə bilmərik və geri çəkilməyəcəyik”, – Bayden deyib.
O, həmçinin bildirib ki, Vaşinqton Ukraynaya silah tədarükünü davam etdirir və Ukrayna hərbçilərinə təlim keçməyə kömək edir. O, Ukraynada Amerika əsgərinin olmadığını qeyd edib və bunun davam edəcəyinə əmin olduğunu bildirib.