• 23 Noyabr 2024 21:57

Rusiyada “çox böyük qalmaqal”: Putinin Novo-Oqaryovo iqamətgahından məxfi sənədlər sızdırılıb

Rusiyada

“Bu iqamətgah Rusiyanın ən məxfiləşdirilmiş obyektlərdən biri hesab olunur…”

 

“Mülki işdə hər hansı qrif olmadan cinayət işindən iqamətgahın daxilinin təsviri, onun xüsisiyyətləri və sirləri üzə çıxıb…”

 

Rusiya Federal Mühafizə Xidməti (FMX) “tam ağılsızlığı” ucbatından çox böyük qalmaqala düşüb. Bu xidmət təsadüfən Putinin Novo-Oqaryovodakı iqamətgahının (53-cü Obyekt”) bütün sirlərini açıb. Bura Putinin yaşadığı, müşavirələr apardığı yerdir.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “charter97.org” nəşri yazıb.

 

“Bu iqamətgahın rekonstruksiyasına ayrılan vəsaitlərin oğurlanmasına görə FMX-nin bir qrup əməkdaşı və biznesmenlər məhkum edilib.

 

Bəlli səbəblərdən iş materiallarının əksəriyyəti, xüsusilə “53-cü Obyekt”in “daxili” təsvir edilən hissəsi məxfiləşdirilib. Lakin Rusiya İstintaq Komitəsi və FMX həm də ittiham edilənlərə qarşı mülki iddia qaldırmaq qərarına gəlib. Və sürpriz baş verib…

 

Mülki işdə hər hansı qrif olmadan cinayət işindən Novo-Oqaryovanın həmin o “daxilinin” təsviri, onun xüsusiyyətləri və sirləri üzə çıxıb.

 

Hazırda Moskva Məhkəməsindən və hətta məhkəmə saytından bu materialların bir hissəsini əldə etmək olar. Qalanlarına məhkəmənin özünün çıxışı var”, – bu qalmaqalla bağlı məlumatlardan birində deyilir.

 

Qeyd edilir ki, Putinin Novo-Oqaryovadakı iqamətganı Rusiyada ən məxfiləşdirilmiş obyektlərdən biri hesab edilir.

 

“İşin özü “53-cü Obyekt”in məxfiliyi səbəbindən məxfiləşdirilib. Putin məhz orada yaşayır, görüşlər keçirir (burada Kremldəki kabinetinin surəti yaradılıb), orada Təhlükəsizlik Şurasının iclasları keçirilir, bunker ola bilər və s.

 

Məxfi sənədlərdən öyrənmək olur ki, personal üçün otaqlarda dörd həkim və 111 mühafizəçi növbə çəkir. Mühafizəçilər 2 saat olmaqla dörd növbədə olur.

 

Mühafizəçilər üçün birbaşa FMX-dən Putinin yaşadığı ərazidə uzunluğu 50 metrdən ibarət atəş qalereyası olan tir və silah təmizləmə otağı var”, – başqa məlumatda deyilir.

 

Həmçinin qeyd edilir ki, qida qəbul edən xidmətçilər və Putinin mühafizəçiləri olan otaqlarda daimi olaraq dörd nəfərdən ibarət mühafizə keşik çəkir, “görünür, onların hamısının zəhərləndirilməməsinə nəzarət edir”.

 

“Həmçibin birbaşa Novo-Oqaryovoda kinoloji heyvan yetişdirmə məntəqəsi yerləşir. Deyilənə görə, onun ikili təyinatı var. Xidməti itlərdən başqa, orada o cümlədən digər dövlət başçılarının Putinə bağışladığı itlər də var”, – məlumatda deyilir.

Tacxeber.com

Oxşar xəbərlər