• 23 Noyabr 2024 04:26

“Nazim Bəydəmirli intim videoları montaj etməyi bacarır” – Məhkəmə işi

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilən Nazim Bəydəmirlinin məhkəmə prosesinin növbəti iclası keçirilib.

 

“Unikal”ın məlumatına görə, prosesdə zərərçəkənlər İbrahimov Mürsəl Fəyyaz oğlu və Bağırov Ədalət də iştirak edib. İlk olaraq Ədalət Bağırov ifadə verərək bildirib ki, Lətif Nəbiyev (hazırda həbsdədir, o zaman Bakı Apellyasiya Məhkəməsində hakim olub) adlı şəxs ona deyib ki, yaxın dostu Nazim Bəydəmirli ilə görüşüb:

 

“Razılaşdıq ki, torpağı Nazim alır. Mənə dedilər ki, sənə 120 min dollar verərik, həm də əmlakdan məsələni həll edərik. Gəldik əmlakdan Elçin müəllimin yanına. O bizi bir yerdə görəndə Nazimi çıxartdı çölə, mənə dedi ki, bu çətin adamdır, bununla iş görmə. Mən də dedim ki, biz gədəbəyliyik, sözümüz bütövdür. Torpağı Nazim müəllimin adına sənədləşdirdik. Ondan sonra mənə çatan 120 min dolları və səhmləri istəyəndə dedi ki, deputat seçilirəm, qoy seçilim hər şey yaxşı olacaq. Həqiqətən seçildi, ancaq mənə çatan pulu vermədi. Lətif Nəbiyev də dedi ki, səbirli ol. Pulumu verməyəndə məni məhkəməyə verdi şərəf və ləyaqətlə, qəzetdə biabır etdi. Sonra bir qadın tapdılar, ona 20 min dollar pul təklif etdilər ki, guya mən onu zorlamışam, sinəsini cırmışdı. Sonra mən bacımı apardım onu qapısına, başqa dostlar vasitəsilə qadının şikayətini geri götürdük. Sonra məni şantaj etdi müxtəlif vasitələrlə, mənə video göstərdi orada iki kişi intim əlaqədə olur. Dedi elə edərəm ki, o kişilərin birinin başı sənin başın olar. Mən də məcbur olub polisə şikayət etdim. Məndən 10 min manat aldı evin yanında, 50 min istəmişdi. Bir də “Avtoqarant” şirkətinin səhmlərin 15 faizini onun adına keçirməli idim. Dedi etməsən bu məsələni ictimailəşdirəcəyəm.

 

Aqil Lahıc zərərçəkənə belə bir sual verdi: “Sizin nə zamansa intim videonuz olub?”

 

Mənim bəzi şəkillərim var idi, qorxurdum. Yanıma gələndə jurnalistlərlə gəlirdi. Nazim Bəydəmirli videoları montaj etməyi bacarır.

 

Nazim Bəydəmirli bildirib ki, zərərçəkənin yeganə danışdığı düz sözün Lətif Nəbiyev ilə tanış olmasını deməsidir: “Lətif Nəbiyev bunun öz əmisi oğlu Aydın Bağırov ilə məhkəmə prosesini aparıb. Səbəb də şirkətin səhmləri ilə bağlı olub. Aydın bundan şikayətçi idi”.

 

N.Bəydəmirli zərərçəkən Ədalət Bağırovun heç bir ittihamını qəbul etməyib, Ədalət Bağırov isə şikayətçi olduğunu və polisdə verdiyi ifadəsini təsdiqləyib.

 

Sonra digər zərərçəkən Mürsəl İbrahimov ifadə verdi: “Mən BDU-da tarix fənnindən dərs demişəm. Sonra məni işdən çıxartdılar. Başladım bizneslə məşğul olmağa. Tanış oldum bəzi şəxslərlə, mən metal işinə girişdim, vasitəçilik edirdim. Mən sahibkarın malını çatdırırdım İrana, o da mənə qarşılığında pul verirdi. Mən sonra 1995-cinioin aprel ayında Rusiyanın Lipets şəhərinə getdim, orada Nazimlə tanış oldum. Getdik bəzi firmalarla maraqlandıq, fikrim metal almaq idi. Sonra apardı məni Voronejə oradan qayıtdım Bakıya. İranlı tanışlarımdan biri mənə dedi ki, Rusiyaya nəinki metal, həmçinin makaronda göndərə bilərəm. Danışıq getdik Voronejə Nazim bizi qarşıladı, danışdılar razılaşdılar. Sonra mən Bakıya qayıtdım Nazında gəldi Bakıda görüşdük, dedi ki, mənə pul ver, araq biznesi ilə məşğul olaq. Ailəni-uşağını da götür gəl Rusiyaya. Mən də iranlıdan 40 min götürüb getdim Voronejə. Orada Nazim Sokol rayonundan 1 maşın araq aldı, iş yaxşı gedirdi. Nazimin orada arvadı var idi, yaşda da böyük idi, 3 dənə də uşağı var idi. Yoldaşının əmisi oğlu həmin şəhərdə polis rəisi idi, qadının özü də vergi orqanında yüksək vəzifədə idi. O qadın mənim evimə zəng edib deyirdi ki, ərin gəzir. Nazim ümumiyyətlə mənim işimi əlimdən aldı, müştəriləri itirdim. Sonra oğlumu girov götürdülər. Hətta bunun yoldaşının bacısı Nazimlə işləyən gəldi dedi ki, 70 min dollar verməlisən. Mən 40 min verdim oğlunun qaytardılar. Sonra Bakıda həkim tanışım Əli Abbasov 30 min verdi Nazimə. Bundan sonra mən tamam qayıdıb gəldim Azərbaycana ailəmlə. O zaman mən şikayət edə bilməzdim. Oranın polis rəisi bunun qohumu idi”.

 

Nazim Bəydəmirli bu şəxsi meyvə ticarəti ilə bağlı 15-20 gün tanıdığını bildirdi. Dedi ki, mənim 2 maşın meyvəm var, onu saxlamaq üçün yer ver. Mən də ona yer vermişəm”.

Tacxeber.com

Oxşar xəbərlər