Pensiya yaşı 55 olsun, tez ölənin pensiyası uşaqlarına verilsin – Deputat
“Bu gün Azərbaycan regionda liderdir, güclü dövlətdir, sabitlik adasıdır. İqtisadi, sosial inkişafı göz önündədir, lakin biz Avropa deyilik. Azərbaycan inkişaf etmiş ölkələrinə qalxacaq, mən buna qətiyyən şübhə etmirəm. Ancaq indiki durumda fərqli bir inkişaf səviyyəsindəyik”.
Tacxeber.com xəbər verir ki, bunu “Künc-bucağ”a müsahibəsində Milli Məclisin deputatı Fəzail Ağamalı deyib. O, pensiya yaşının azaldılmasını təklif edib:
“Pensiya yaşı insanlarımızın yaşamaq həddi ilə proporsional deyil. Bu yaxınlarda belə bir məlumat oxudum ki, dünyasını dəyişən kişilərin 47%-nin 65 yaşı var. Yəni onlar illər uzunu yığılan pensiya pulunu ala bilmədən dünyasını dəyişir. Bu, çox ciddi faktdır. Bunun üzərində düşünmək lazımdır.